BDM rəhbərliyi Gürcüstana buraxılmadı
22 Aprel 2016 12:45 SosialAprelin 23-də Gürcüstandakı Ermənistan səfirliyi qarşısında etiraz aksiyası keçirmək üçün qonşu ölkəyə gedən Beynəlxalq Diaspora Mərkəzinin rəhbərliyini Gürcüstana buraxmayıblar. Bu barədə "OLAYLAR"-a hadisə yerindən məlumat verən BDM-in İcra Aparatının rəhbəri Samir Adıgözəlli bildirib ki, sərhəd buraxılış məntəqəsinin Gürcüstana aid hissəsində onlara geri qayıtmaq tövsiyyə edilib: "Bütün sənədlərimiz yerində olsa da, gürcü sərhədçiləri heç bir əsas gətirmədən bizi Gürcüstana buraxmadı. Halbuki Tiflis meriyası aksiyanın keçirilməsinə də razılıq vermişdi. Bizə məsləhət gördülər ki, məsələyə Gürcüstanın Azərbaycandakı səfirliyinə müraciət edərək aydınlıq gətirək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00