Siyasət
Siyavuş Novruzov: Prezidentlik müddətinin 7 il olması qanunauyğundur
"Prezidentli respublikada prezidentlik müddətinin 7 il olması dövlət başçısının qarşıya qoyduğu proqramı tam şəkildə yerinə yetirməsinə şərait yaradır. O baxımdan da prezidentlik müddətinin 7 il olması tamamilə qanunauyğundur və burada hər hansı bir fikirdən söhbət gedə bilməz".
Baş redaktor: "Dəyişikliklər müstəqil Azərbaycan tarixində yeni mərhələ açacaq"
“Bu ilin sentyabr ayında keçiriləcək referendum ölkəmizin müstəqillik tarixində dördüncüsü olacaq. 1993, 2002, 2009-cu illərdə keçirilmiş və bu il baş tutacaq referendumların 3-ü konstitusiyaya dəyişikliklərlə bağlıdır. Ümumiyyətlə, referendumlar müstəqil Azərbaycanın tarixində çox əlamətdar dövlərdə olub. Onların hər biri ölkənin müstəqillik tarixində yeni bir mərhələnin başlanğıcını qoyub və əsaslarını yaradıb. Şübhə etmirəm ki, konsititusiyaya ediləcək bu dəfəki dəyişikliklər də müstəqil Azərbaycanın tarixində yeni mərhələ açacaq, həmin mərhələnin qanunvericilik və dövlət sisteminin əsaslarını müəyyənləşdirəcək”. Bunu SİA-ya açıqlmasında “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.
Xalq Konstitusiya dəyişikliyinə yekdilliklə “HƏ” deyəcək
Artıq Azərbaycan Konstitusiyasına ediləcək dəyişikliklər məqsədilə keçiriləcək referendumun vaxtı da müəyyənləşdirilib. Prezident İlham Əliyevin imzaladığı sərəncam əsasında referendumun keçirilməsi car il, sentyabr ayının 26-na təyin edilib. Birmənalı olaraq qeyd etmək mümkündür ki, konstitusiya dəyişiklikləri bütün parametrləri üzrə Azərbaycan dövləti, xalqı üçün xeyirlidir, onun maraqlarına xidmət edir.
Uorlik: “ Prezidentlər ATƏT-in monitorinq qrupunun genişləndirilməsi ilə bağlı razılığa gəliblər”
Azərbaycan və Ermənistan prezidentləri təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində monitorinq qrupunun genişləndirilməsi ilə bağlı razılığa gəliblər.
Türkiyənin xarici siyasətində çətinliklər yaşanacaq
15 iyul tarixində Türkiyədə həyata keçirilən dövlət çerilişinə cəhdin qarşısı alınsa da, lakin hələ də qardaş ölkənin belə bir təhlükə ilə üzləşə biləcəyi söylənilir. Uzun illər dövlətin ayrı-ayrı qurumlarında özünə yer etmiş Gülən tərəfdarlarının tam tərkibdə tapılıb üzə çıxarılmasının indiki situasiyada mümkünsüz olması belə bir təhlükənin hələ də qaldığını söyləməyə əsas verir.
Elmsiz inanc şeytana ibadətdir
Redaksiyamızın yerləşdiyi küçə hər cümə günü keçilməz cəngəlliyi xatırladır. Əlinə həsir parçası alıb nədənsə “İlahiyyat məscidi” adlanan ibadət evinə yürüyənlərin və sağa-sola necə gəldi səpələnmiş avtomobillərin arasından sıyrılıb çıxmaq mümkün olmur. Bir neçə saat ərzində həyat donur buralarda... Xəstəsənsə öl, təcili işin çıxıbsa şəxsi avtomobilinlə bir neçə saatlıq vidalaş və xeyli kənarda taksi axtarışına çıx, kimsənin umrunda deyil.
BAXCP rəsmisi: “Müxalifət referenduma mane ola bilməyəcək”
"Azərbaycanın Dağlıq Qarabağ kimi problemi var və ölkəmiz dəfələrlə bəyan edib ki, daha 20-25 ili danışıqlara sərf etməyəcək. Qarabağ probleminin sülh yolu ilə həlli üçün olan zaman bitir, biz torpaqlarımızı hansı vasitə ilə olursa, olsun alacağıq”. Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı deyib.
Elman Məmmədov: “Erməni xalqı cinayətkarlardan canlarını qurtarmalıdır”
“Hesab edirəm ki, Ermənistandakı son vəziyyət erməni xalqının iradəsindən, rəsmi İrəvanı idarə edən xarici qüvvələrin apardığı siyasətdən asılı olacaq. Əgər erməni xalqı bundan sonra dinc yaşamaq, inkişaf etmək, fəlakətdən uzaqlaşmaq istəyirsə Ermənistandakı hərbi xuntanı çoxdan devirməli, bir növ süpürüb atmalıdır”. Bunu SİA-ya millət vəkili Elman Məmmədov deyib.
Türkiyədə də referendum keçirilə bilər
“Türkiyədə hərbi çevriliş cəhdi Ankaranın iki addım atmasını sürətləndirəcək”. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən politoloq Elxan Şahinoğlu deyib ki, birincisi, Ankara-Moskva yaxınlaşması gözlənildiyindən də sürətlə gedəcək:
Azərbaycan Ordusunda nurçu var? - Generaldan AÇIQLAMA
Azərbaycan müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev Türkiyə Ordusunda baş verən son hadisələri Azərbaycan Silahlı Qüvvələri ilə əlaqələndirməyə cəhd göstərən bəzi kütləvi informasiya vasitələrində yer alan yazılara cavab verib.














