Xalq Konstitusiya dəyişikliyinə yekdilliklə “HƏ” deyəcək

Artıq Azərbaycan Konstitusiyasına ediləcək dəyişikliklər məqsədilə keçiriləcək referendumun vaxtı da müəyyənləşdirilib. Prezident İlham Əliyevin imzaladığı sərəncam əsasında referendumun keçirilməsi car il, sentyabr ayının 26-na təyin edilib. Birmənalı olaraq qeyd etmək mümkündür ki, konstitusiya dəyişiklikləri bütün parametrləri üzrə Azərbaycan dövləti, xalqı üçün xeyirlidir, onun maraqlarına xidmət edir.

Elşad Mirbəşiroğlu: "Konstitusiya islahatlarının aparılması bir zərurətdir və bu zərurət zamanın tələbindən irəli gəlir"

Artıq Azərbaycan Konstitusiyasına ediləcək dəyişikliklər məqsədilə keçiriləcək referendumun vaxtı da müəyyənləşdirilib. Prezident İlham Əliyevin imzaladığı sərəncam əsasında referendumun keçirilməsi car il, sentyabr ayının 26-na təyin edilib. Birmənalı olaraq qeyd etmək mümkündür ki, konstitusiya dəyişiklikləri bütün parametrləri üzrə Azərbaycan dövləti, xalqı üçün xeyirlidir, onun maraqlarına xidmət edir. Elə əksəriyyət siyasilər, ekspertlər də bu qənaətdədir. Politoloq Elşad Mirbəşiroğlu deyir ki, 1995-ci ildə Ulu Öndər Heydər Əliyevin birbaşa rəhbərliyi altında hazırlanmış Azərbaycan Respublikasının Konstitusiyasının qəbul olunması ilə ölkədə konstitusionalizmin əsası qoyuldu: "İstənilən müasir ölkədə olduğu kimi, Azərbaycan Respublikasında da Konstitusiya ali dəyərdir və Konstitusiya prinsipləri ictimai münasibətləri müəyyənləşdirən mərkəzi element rolunda çıxış edirlər. 1995-ci ildə Konstitusiyanın qəbulundan sonra ölkəmizdə ictimai-siyasi münasibətlərin real tənzimlənməsi imkanı meydana gəldi. Ulu Öndərin yaxından diqqəti və gərgin əməyi sayəsində Azərbaycan Respublikasının Konstitusiyası tariximizin ən yaxşı elementlərini əks etdirdi və müasir dövlətin ən səmərəli fəaliyyət mexanizmlərini əhatə etdi. Yeni Konstitusiyanın qəbulu Ulu Öndərin Azərbaycan xalqı, dövlətçiliyimiz qarşısında tarixi xidmətlərindən biri idi. Belə ki, qəbul olunmuş yeni Konstitusiya Azərbaycan dövlətinin qarşısında duran bütün siyasi, iqtisadi və sosial prioritetlərə ardıcıl çatılmasını şərtləndirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları bu məqama toxunaraq qeyd etmişdi: "Azərbaycan bu gün dinamik inkişaf edən, təlabatlarını özü ödəyən müasir ölkədir. Bizim siyasətinin çox açıq və aydındır. Güclü iqtisadi əsaslar üzərində müasir siyasi sistemi formalaşdırmaq, dövlətçiliyin əsaslarını möhkəmləndirmək, azərbaycançılıq ideologiyasını genişləndirmək". Təbii ki, bütün bu qeyd olunanların həyata keçirilməsində işlək konstitusiyanın həlledici rolu vardır. Bildiyimiz kimi, cəmiyyətdə, qlobal miqyasda davamlı olaraq siyasi, iqtisadi, mədəni xarakterli dəyişikliklər baş verməkdədir. Belə dəyişikliklər fonunda dövlətin qarşısında duran müxtəlif xarakterli vəzifələrin səmərəli yerinə yetirilməsi üçüm təbii ki, qanunvericilik səviyyəsində də ciddi zəmin olmalıdır. Yəni, dövlət orqanlarının səmərəli fəaliyyətini tənzimləyən qanunlar davamlı olaraq təkmilləşdirilməlidir". Politoloq deyib ki, Azərbaycan Respublikasında dövlət idarəçiliyinin hüquqi əsaslarının təkmilləşdirilməsi problemi daim diqqət mərkəzində olub: "Dövlət hakimiyyətinin fəaliyyətinin səmərəliliyinin davamlı olaraq yüksəldilməsi bunu sübut edir. Azərbaycan dövlətinin suverenliyinin və

müstəqilliyinin əhəmiyyətli dərəcədə möhkəmlənməsi, vətəndaş cəmiyyətinin inkişaf etməsi, təminatlı ictimai sabitlik ölkəmizdə davamlı olaraq həyata keçirilən konstitusiya-hüquq islahatları ilə birbaşa bağlı olub. Nəzərə almaq lazımdır ki, dövlət hərtərəfli inkişafı həm də xarici amillərdən asılıdır. Bu baxımdan, dövlətin dinamik dəyişən xarici şəraitə uyğunlaşması üçün müvafiq hüquqi islahatların həyata keçirilməsini tələb edir. Dövlət idarəçiliyi sahəsində münasibətləri tənzimləyən əsas qanunvericilik aktları Konstitusiyada ifadə olunurlar. Bu da ondan xəbər verir ki, Azərbaycan Respublikası kimi gənc bir dövlətdə davaml konstitusiya islahatlarının həyata keçirilməsi olduqca əhəmiyyətlidir. Zaman keçdikcə ictimai şüurda keyfiyyətcə yeni dəyərlər meydana gəlir. Bu yeni dəyərlər və cəmiyyətin siyasi və sosial-iqtisadi həyatında müşahidə olunan dərin keyfiyyət dəyişiklikləri konstitusiya islahatlarının həyata keçirilməsini zamanın tələbi kimi ortaya qoyur. Xüsusi olaraq qeyd etmək lazımdır ki, müasir cəmiyyətlərdə konstitusiyada yeni elementlərin yer alması səmərəli konstitusionalizmin əsas göstəricisi kimi qəbul olunur. Konstitusiyanın cəmiyyətin müxtəlif sahələrində baş verən dəyişikliklərə adekvatlılığı istənilən cəmiyyətin stabil və davamlı inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Bunun nəticəsidir ki, konstitusiya islahatları cəmiyyətin inkişafına müvafiq olaraq vacib və davamlı xarakter alır. Keyfiyyətli və müasir konstitusiya islahatları ictimai münasibətləri səmərəli tənzimləməyə imkan verir və demokratik və hüquqi dövlətin etibarlı hüquqi mexanizmlərinin formalaşmasını şərtləndirir". Elşad Mirbəşiroğlu deyib ki, Azərbaycan Respublikasında 2002-ci və 2009-cu illərdə ümumxalq səsverməsi-referendum yolu ilə konstitusiyaya edilmiş əlavə və dəyişikliklər ölkəmizin siyasi və sosial-iqtisadi həyatında keyfiyyətcə yeni bir səhifənin açılmasını şərtləndirdi: "Bu konstitusiya islahatlarndan sonra ölkəmizdə çoxsaylı yeni demokratik institutlar meydana gəldilər və dinamik inkişaf etməyə başladılar. İnsan hüquq və azadlıqlarının qorunması sahəsində daha işlək və səmərəli mexanizmlərinin tətbiqi üçün imkanlar əhəmiyyətli dərəcədə genişləndi. Həyata keçirilən konstitusiya islahatlarndan sonra yaranmış yeni reallıqlar aydın şəkildə göstərdi ki, Azərbaycan Respublikasında konstitusiya islahatları ölkənin proqressiv inkişafına müvafiq şəkildə aparılır və ölkənin siyasi və sosial-iqtisadi prioritetlərinə cavab verir. Mövcud vəziyyət həm də sübut edir ki, həyata keçirilmiş konstitusiya islahatları Azərbaycanın dünya ictimaiyyətinə daha səmərəli inteqrasiyasını şərtləndirdi. Həyata keçirilmiş konstitusiya islahatları dövlət idarəçiliyinin daha səmərəli olmasını təmin edəcək qanunvericilik bazasının davamlı olaraq təkmilləşdirilməsi üçün real zəmin və imkanlar yaratdı. Yuxarıda nəzərdən keçirdiyimiz məqamlar və bu günümüzün reallıqları aydın göstərir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 2016-cı il iyulun 18-də imzaladığı sərancamla Azərbaycan Konstitusiyasına dəyişiklik təşəbbüsü ilə çıxış etməsi ölkənin daha

dinamik inkişafı, sosial-iqtisadi rifahın təminatlı yüksəlişi, insan hüquqlarına hörmət prinsipinin möhkəmlənməsi istiqamətində atılmış növbəti addımlardandır. Ölkə başçısının təşəbbüslərinin təhlili göstərir ki, onlar dövlət idarəçiliyinin çevikliyini əhəmiyyətli dərəcədə artıracaqdır və ölkə qarşısında duran siyasi, iqtisadi və sosial prioritetlərə daha səmərəli çatılmasını təmin edəcək. Belə ki, dünya təcrübəsi aydın sübut edir ki, vitse-prezidentlik institutu dövlət idarəçiliyinin səmərəliliyinə və çevikliyinə xidmət edən əsas amillərdən biridir. Azərbaycan Respublikasının Prezidentinin səlahiyyət müddətinin yeddi ilədək artırılması təcrübəsi hazırda dünya miqyasında geniş tətbiq edilməkdədir. Hesab edirik ki, ölkə prezidentinin bu təşəbbüsü də kifayət qədər məntiqli və mütərəqqidir. Belə ki, müasir reallıq çərçivəsində, ölkəmizin hazırkı dinamik inkişafı mərhələsində qarşıda duran böyük ideyaların reallaşdırılması üçün prezidentin səlahiyyət müddətinin artırılması zamanın tələbi kimi nəzərdən keçirilməlidir. Qeyd etdiklərimiz və konstitusiyaya edilməsi nəzərdə tutulmuş bütün digər dəyişikliklər ölkəmizin inkişaf dinamikasının və həyata keçirilməsi planlaşdırılan müxtəlif xarakterli miqyaslı islahatların tələblərindən irəli gəlir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilin əvvəlində 2016-cı ildə dərin islahatların həyata keçiriləcəyinin anonsunu verib. Təbii ki, ölkə Prezidenti hər şeydən öncə xalqın sosial-iqtisadi rifahının daha da yüksəldilməsini, insan hüquq və azadlıqlarının daha etibarlı qorunmasını, ümumiyyətlə, ölkənin hərtərəfli dinamik inkişafını şərtləndirəcək islahatların həyata keçirilməsini nəzərdə tuturdu. Ötən 6 ay müddətində bu istiqamətində təsirli addımların atıldığı göz önündədir. Bu istiqamətdə daha səmərəli addımların atılması və daha ciddi keyfiyyət nəticələrinin əldə edilməsi üçün isə müvafiq konstitusiya islahatlarının aparılması bir zərurətdir və bu zərurət zamanın tələbindən irəli gəlir. Bütün bu qeyd etdiklərimizə söykənərək əminliklə vurğulaya bilərik ki, 2016-ci il sentyabr ayının 26-da xalqımız Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı təşəbbüsünə yekdilliklə "HƏ" deyəcək".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31