Siyasət
ABŞ Gülənin ekstradisiyasına dair sənədləri nəzərdən keçirir
Azərbaycanda ən bahalı fakültələr hansı universitetdədir? - SİYAHI
Prezident Şirvandakı partlayışla bağlı sərəncam imzaladı
Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Araz” zavodunda baş vermiş partlayışla əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.
Azərbaycan XİN başçısı Niderland səfirini qəbul edib
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Niderland Krallığının ölkəmizdəki səfiri Robert Jan Qabrielseni diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Pirallahıda qəsəbədaxili yollar yenidən qurulacaq
Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri Pirallahı rayonunun qəsəbədaxili avtomobil yollarının yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Frank-Valter Ştaynmayer: Almaniyanın ATƏT-də sədrliyinin prioriteti nizamlanmamış münaqişələrdir
Almaniya sədrliyi (ATƏT-də) dövründə diqqəti ATƏT məkanında həll edilməmiş münaqişələrə, o cümlədən Dağlıq Qarabağ münaqişəsinə cəmləşdirmək qərarına gəlib.
Politoloq: "Ermənistan sülh danışıqlarını pozmaq üçün oyunlara əl atır"
“Ermənistandakı etirazçılar əvvəlcə 8 nəfər olublar. Onlar polis şöbəsinə basqın ediblər. Orada cəmi 8 polis olub. Polisləri tərkisilah edib, birini də yaralayıblar. Sonra ultimatumlar, bəyanatlar verməyə başlayıblar ki, guya məqsədləri Ermənistanda hakimiyyəti dəyişməkdir.
Ümumxalq səsverməsinin vaxtı məlum oldu
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında sərəncam imzalayıb.
"Həmin təşkilatlarda erməni lobbisinin adamları işləyir" - Səməd Seyidov
Ermənistanda insanları tuturlar, güllələyirlər, döyürlər, türməyə salırlar, ancaq beynəlxalq təşkilatların bununla bağlı hansısa ciddi bəyanatını eşitmirik. Haradadır "Amnesty International", "Human Rights" və digər bu kimi təşkilatlar?!
Müxalifətin iddiaları absurd və arqumentsizdir
“Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu müsbət rəy verib. Konstitusiya Məhkəməsi hesab edib ki, təklif olunan dəyişikliklər xalq hakimiyyəti və dövlətin əsaslarına dair Azərbaycan Konstitusiyasının ümumi müddəalarına ziddiyyət yaratmadığından və 155-ci maddənin tələblərinə uyğun olduğundan ümumxalq səsverməsinə (referenduma) çıxarıla bilər. Lakin Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsi ilə bağlı verdiyi rəy radikal müxalifət partiyaları tərəfindən birmənalı qarşılanmayıb.
Dünya mətbuatı Azərbaycanda keçiriləcək Referendumdan yazır
Azərbaycanda keçiriləcək referendumla bağlı dünya mətbuatı da öz səhifələrində geniş yer ayırmaqdadır. Bir sıra dövlətlərdə fəaliyyət göstərən nüfuzlu qəzet və aparıcı informasiya saytları verilən qərarla bağlı məlumatlar və analitik yazılar dərc edirlər. Xüsusilə Türkiyə və Rusiya mətbuatı bu barədə geniş xəbərlər verməkdədirlər.
Partiya sədri: “Müxalifətdə diktatura hökm sürür”
“Bu gün Əli Kərimlinin, Arif Hacılının və digərlərinin təmsil olunduqları partiyalar ictimai dəstəkdən məhrum olublar. Artıq onlar 25 ilə yaxındır ki, müxalifətdədirlər. Təbii ki, həmin şəxslər bu günə kimi seçkiləri də uduza-uduza gəlirlər.
Millət vəkili: "Dəyişikliklər Azərbaycan xalqının rifah halını daha da yaxşılaşdıracaq"
“Prezident İlham Əliyevin Konstitusiyaya təklif etdiyi dəyişikliklər dövlətimizin daha da güclü olması, xalqımız üçün daha geniş imkanların yaradılması baxımından çox önəmlidir”. BunuSİA-ya açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.
Elşən Musayev: “Putin diplomatik dairədə Sarkisyanı sıxma-boğmaya salır”
“Ümumiyyətlə son vaxtlar dünyanın əhəmiyyətli güclərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində göstərdikləri təşəbbüs xüsusən qənaətbəxşdir. Təbii ki, bu sırada Rusiya prezidenti Vladimir Putinin də adını çəkmək olar”. Bunu SİA-ya millət vəkili Elşən Musayev deyib.














