ABŞ Gülənin ekstradisiyasına dair sənədləri nəzərdən keçirir

ABŞ Fətullah Gülənin ekstradisiyasına dair Ankaranın təqdim etdiyi sənədləri nəzərdən keçirməkdə davam etdirir.

APA-nın verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Elizabet Trüdo bildirib.

"Bu məsələ ilə bağlı məndə heç-bir məlumat yoxdur. Bizə sənədlər təqdim olunub, biz onları nəzərdən keçiririk. Bu, ekstradisiya razılaşmasına uyğun şəkildə aparılan hüquqi bir prosesdir", - deyə Elizabet Trüdo bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31