Müxalifətin iddiaları absurd və arqumentsizdir

“Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu müsbət rəy verib. Konstitusiya Məhkəməsi hesab edib ki, təklif olunan dəyişikliklər xalq hakimiyyəti və dövlətin əsaslarına dair Azərbaycan Konstitusiyasının ümumi müddəalarına ziddiyyət yaratmadığından və 155-ci maddənin tələblərinə uyğun olduğundan ümumxalq səsverməsinə (referenduma) çıxarıla bilər. Lakin Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsi ilə bağlı verdiyi rəy radikal müxalifət partiyaları tərəfindən birmənalı qarşılanmayıb. 

Konstitusiyaya nəzərdə tutulan dəyişikliklər demokratiyanın inkişafına xidmət edir
 

"Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Referendum Aktı layihəsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu müsbət rəy verib. Konstitusiya Məhkəməsi hesab edib ki, təklif olunan dəyişikliklər xalq hakimiyyəti və dövlətin əsaslarına dair Azərbaycan Konstitusiyasının ümumi müddəalarına ziddiyyət yaratmadığından və 155-ci maddənin tələblərinə uyğun olduğundan ümumxalq səsverməsinə (referenduma) çıxarıla bilər. Lakin Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Referendum Aktı layihəsi ilə bağlı verdiyi rəy radikal müxalifət partiyaları tərəfindən birmənalı qarşılanmayıb. 
Millət vəkili Eldəniz Səlimov deyib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən "Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının layihəsi rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olundu. Və 7-ci günün tamamında Konstitusiya Məhkəməsi də bu layihəyə baxıb öz müsbət rəyini verdi. Bu, olduqca əhəmiyyətli və mühüm qərardır, hadisədir. Onun sözlərinə görə, Konstitusiyaya təklif olunan dəyişikliklər Azərbaycanda gedən iqtisadi inkişafdan, ölkədə vətəndaşların hüquq və azadlıqlarının qorunması, dövlət strukturlarının təkmilləşdirilməsi, Silahlı Qüvvələrin gücləndirilməsi, respublikanın təhlükəsizlik sisteminin möhkəmləndirilməsi, vətəndaşların məhkəmələrə özlərinin hüquqlarının qorunması üçün müraciətlərinin tam şəkildə təmin edilməsi, aidiyyatı orqanların fəaliyyətindən və ya fəaliyyətsizliyindən müraciət olunması, o cümlədən, seçkili orqanlarda iştirak və burada olan baryerlərin aradan qaldırılması zərurətindən irəli gələn dəyişikliklərdir. Millət vəkili deyib ki, həmçinin, bu dəyişikliklər bilavasitə Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalardan, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasından meydana çıxan dəyişikliklərdir. Odur ki, bu dəyişikliklər çox vacibdir, aktualdır və günün tələblərinə tam cavab verir. Bu baxımdan, radikal adlandırılan müxalifətin Konstitusiyaya təklif edilən dəyişikliklərə etirazı absurd və arqumentsizlik hesab edilməlidir: "Onlar iddialarında heç bir məntiq yoxdur, özləri də nəyə etiraz etdiklərini düz-əməlli bilmirlər. Ona görə də radikalların nə deməsinə ciddi fikir verməl lazım deyil. Əsas odur ki, dövlət başçısı Azərbaycanın inkişafını və gələcəyini düşünərək belə bir təşəbbüslə çıxış edib və bu təşəbbüs də Azərbaycan xalqının ürəyindəndir".
 

***

Millət vəkili, ASDP sədri Araz Əlizadə isə deyib ki, müxalifətin radikal qanadının Azərbaycan prezidenti İlham Əliyevin Konstitutsiyaya dəyişikliklərlə bağlı Konstitusiya Məhkəməsinə ünvanladığı müraciətə müsbət cavab verməsinə etiraz etməsi əsassızdır: "Bu, sadəcə, gülünc hərəkətdir". Onun sözlərinə görə, müxalifətin bu radikal kəsimi onu da anlamalıdır ki, Konstitusiya Məhkəməsi nəticə təsdiqləmir, sadəcə, ölkə başçısının Konstitusiyaya dəyişikliklə bağlı müraciətini müsbət cavablandırıb və burada hər hansı qanunsuzluq yoxdur: "Müxalifətin bu kəsimi anlamalıdır ki, indiki məqamda hər hansı qanunsuzluq yoxdur və Konstitusiya Məhkəməsinin qəbul etdiyi qərar qanunauyğundur. Müxalifət o zaman irad bildirə bilər ki, referendum keçirilə və xalq onun əleyhinə çıxa, Konstitusiya Məhkəməsi də xalqın mövqeyinin əleyhinə rəy verə...Yəni, onda etiraz edə bilər və onlar o zaman haqlı olarlar. Demokratiyanın və qanunların pozulmasından danışa bilərlər. Yox əgər xalq referendumda iştirak edib, dəyişiklikləri dəstəkləyərsə, elə bu, demokratiyanın təzahürüdür. O zaman da müxalifət bir söz deyə bilməz". Ölkə başçısının Konstitusiyaya dəyişiklik edilməsi ilə bağlı təklifini dəyərləndirən A. Əlizadə hesab edir ki, bu, doğru qərardır: "Konstitusiyaya nəzərdə tutulan dəyişikliklər, referendumun keçirilməsi doğrudur və ölkənin maraqlarına xidmət edir. Bu, ancaq demokratiyanın inkişafına xidmət edir. Bu, eyni zamanda, maliyyə vəsaitinə qənaət etməkdir". "Azərbaycan müxalifətinin bir qisminin Konstitusiyaya dəyişikliklə bağlı səsləndirdiyi iddiaların heç bir əsası yoxdur. Konstitusiyaya nəzərdə tutulan dəyişikliklər, Konstitusiya Məhkəməsinin bununla bağlı verdiyi rəy tamamilə qanunuyğundur və burada hər hansı qanun pozuntusuna yol verilməyib". Bunu isə YAP-çı millət vəkili Aydın Hüseynov deyib. Onun sözlərinə görə, elə Konstitusiyaya nəzərdə tutulan dəyişikliklər Azərbaycanda insan haqları və azadlıqlarının, demokratiyanın daha da genişlənməsinə və möhkəmlənməsinə xidmət edir: "Konstitusiyada nəzərdə tutulan dəyişiklikləri bir neçə hissəyə bölmək olar. Bir qismi redaktə xarakterlidir, bir qismi ölkədə vətəndaşın hüquq və azadlıqlarının daha geniş formada inkişaf etdirilməsinə, digər qismi isə Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə xidmət edir. Demokratiyanın inkişafı dövlətin qarantı rolunu oynadığı kimi, dövlətçiliyin də möhkəmlənməsi vətəndaşın hüquqlarının və təhlükəsizliyinin daha etibarlı şəkildə müdafiə olunmasına, demokratiyanın ölkədə bərqərar olmasına xidmət edir. Bunlar bir-biri ilə paralellik təşkil edir. Bu baxımdan, Konstitusiyaya nəzərdə tutulan dəyişikliklərin elə əsl mahiyyəti də bundan ibarətdir. Çünki müxalifətin də daha çox ifadəni istifadə edir. Elə bütün dəyişikliklər ölkədə demokratiyanın daha da inkişafına xidmət edən amildir". Konstitusiyaya edilən dəyişikliklərin zərurətinə toxunan millət vəkili əlavə edib ki, Konstitusiyanın qəbulundan 21 il keçir və bu müddət ərzində ölkədə və dünyada xeyli dəyişikliklər baş verib: "Bu proseslər Konstitusiyaya dəyişiklikləri zəruri edib. Ona görə də Azərbaycan prezidenti ona verilən hüquqdan və səlahiyyətdən istifadə edərək belə bir təşəbbüslə çıxış edib. Konstitusiya Məhkəməsi də öz növbəsində Konstitusiyaya nəzərdə tutulan dəyişiklikjlərlə bağlı sualları müsbət cavablandırıb. Və burada nəsə axtarmaq sadəcə, səbatsızlıqdan irəli gələn məsələdir". A.Hüseynov onu da əlavə edib ki, növbəti mərhələdə Konstitusiyaya nəzərdə tutulan dəyişikliklər xalqa və sesçicilərə geniş formada izah olunacaq, təbliğat işləri aparılacaq, onun mahiyyəti izah olunacaq: "Referenduma çıxarılacaq hər hansı maddəyə səs vermək isə seçicinin öz ixtiyarındadır. Hansı maddəyə istəyəcək, o, maddəyə də səs verəcək. Onun bu qərarına kimsə müdaxilə edə bilməz".

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31