"Türkiyədəki çevriliş cəhdinə ABŞ və Rusiya dəstək verib" - İranlı generaldan şok iddia

İranın dini lideri  Əli Xameneyinin  hərbi məsləhətçisi general Yəhya Rəhim Səfəvi, Rusiya və ABŞ-ın  Türkiyədə baş verən dövlət çevrilişi cəhdindən xəbərdar olduqlarını və yaşananlara dəstək verdiklərini iddia edib.

Avropa.info  İranın  İSNA agentliyinə istinadən xəbər verir ki, Təbrizdə  təşkil edilən bir  toplantıda danışan general Səfəvi ABŞ və Rusiyanın dövlət çevrilişi cəhdinin arxasında olduğunu deyib.

ABŞ xarici işlər naziri Con Kerrinin çevriliş cəhdi zamanı Moskvada olmasının "mənalı" olduğunu deyən  İranlı general,  ABŞ və Rusiya bölgədə  yeni bir razılaşmaya imza atdıqlarını iddia edib. 

"ABŞ və Rusiyanın Türkiyədəki çevriliş cəhdindən  xəbərsiz olduqları deyilə bilməz. Bu diametrdə olan bir çevriliş cəhdi , xarici bir ölkənin dəstəyi və məlumatı olmadan edilə bilməzdi. Çevriliş cəhdinin dəstəkçiləri mövzusunda böyük sual işarələri var."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31