Siyasət

İlham Əliyev: "Məhz Heydər Əliyevin yorulmaz səyləri nəticəsində Azərbaycan əsl müstəqillik əldə edib" 

12 Dekabr 2016 16:29

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 12-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri, Latviyanın sabiq Prezidenti xanım Vayra Vike-Freyberqanın, Misirin İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldinin, Mərkəzin İdarə Heyətinin üzvləri, Serbiyanın sabiq Prezidenti Boris Tadiçin, Bolqarıstanın sabiq Prezidenti Peter Stoyanovun, Albaniyanın sabiq Prezidenti Recep Meydaninin, Latviyanın sabiq Prezidenti Valdis Zatlersin və Moldovanın sabiq Prezidenti Petru Luçinskinin daxil olduqları nümayəndə heyətini qəbul edib.

“Heydər Əliyevlə görüşmək böyük risk tələb edirdi”

12 Dekabr 2016 16:19

“1982-ci ildə belə bir imkan yaransa da, son anda Heydər Əliyevlə yaxından tanış olmaq, görüşmək istəyim baş tutmamışdı. Bununla belə, nəhayət, 1990-cı ilin yayında ürəyimdə neçə illərdən bəri arzum reallaşdı. Həmin ilin iyul ayında Heydər Əliyev Naxçıvana gəldi. Bu o vaxtlar idi ki, keçmiş SSRİ və Azərbaycanın o dönəmki rəhbərliyi tərəfindən bu böyük şəxsiyyətə qısqanc münasibət hökm sürürdü, ona qarşı açıq-gizli təqiblər, təzyiqlər mövcud idi. Heydər Əliyevlə görüşmək böyük risk tələb edirdi, qorxuluydu. Düzünü desəm, bunları göz önünə gətirib mən də bir qədər tərəddüd, götür-qoy etdim.

31 dekabrda əvf olacaq

12 Dekabr 2016 16:17

"31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günündə əfv sərəncamının veriləcəyi istisna edilmir. Hər il olduğu kimi bu ilin sonunda da cənab prezident tərəfindən əfv sərəncamının imzalanması gözlənilir".

Deputat: "Ulu Öndər Azərbaycanın xilaskarıdır" 

12 Dekabr 2016 16:05

Ulu Öndər elə böyük şəxsiyyət, irsdir ki, onun haqqında qısa danışmaq mümkün deyil. Çünki, Azərbaycanın inkişaf və tərəqqisi məhz Ümummilli liderimizin adı ilə bağlıdır”. Bu fikirləri SİA-ya millət vəkili Məlahət İbrahimqızı deyib.  

"Kütləvi informasiya vasitələri haqqında" qanunda dəyişiklik edildi

12 Dekabr 2016 15:52

Prezident İlham Əliyev "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 28 oktyabr tarixli 368-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalanıb.

"Dini etiqad azadlığı haqqında" qanunda dəyişiklik edilib

12 Dekabr 2016 15:42

Prezident İlham Əliyev "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 28 oktyabr tarixli 367-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

Heydər Əliyev fenomeni hər bir azərbaycanlı üçün mənəvi bir xəzinədir

12 Dekabr 2016 15:32

Heydər Əliyev tək Azərbaycan xalqının deyil, ümumilikdə bəşəriyyətin tarixində böyük rol oynamış bir şəxsiyyətdir. Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

"Televiziya və radio yayımı haqqında" qanuna dəyişiklik təsdiq edildi

12 Dekabr 2016 15:30

Prezident İlham Əliyev “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2016-cı il 28 oktyabr tarixli qanunun tətbiqi haqqında sərəncam imzalayıb.

BAXCP strateji yol xəritələrinin təsdiq edilməsini yüksək qiymətləndirir

12 Dekabr 2016 15:25

İdarə Heyəti: “Azərbaycan xalqını Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin həyata keçirilməsi prosesində təşəbbüskar olmağa, islahatlara dəstək verməyə, ölkənin yenidən qurulmasında fəal iştirak etməyə çağırırıq” Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib.

XİN İstanbuldakı terror aktı ilə bağlı başsağlığı verib

12 Dekabr 2016 15:17

Xarici İşlər Nazirliyi İstanbul şəhərində törədilmiş terror aktı ilə əlaqədar açıqlama yayıb. “Olaylar” XİN-in XİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, açıqlamada Azərbaycanın hər zaman qardaş Türkiyə ilə həmrəy olduğu vurğulanıb:“Biz, İstanbulun Beşiktaş rayonunda törədilən, çoxlu sayda insanın ölümünə və yaralanmasına səbəb olan qanlı terror aktını qəti şəkildə pisləyirik.

Ermənistan silahlı qüvvələrinə məxsus daha bir PUA məhv edilib

12 Dekabr 2016 14:07

Dekabrın 12-si cəbhənin Füzuli rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq atəşlə məhv edilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Apa.az

Xalq tərəfindən unudulmayan dahi şəxsiyyət

12 Dekabr 2016 13:32

Adətən insanın yaxın qohum-əqrəbası, dost-tanışı rəhmətə getdikdən illər sonra bu hadisə adiləşir, həmin şəxsin yoxluğu ilə barışmaq məcbutəyyətində qalırsan. Ancaq bəzən elə insanlar, tarixi şəxsiyyətlər olur ki, həmin insanın vəfatında neçə on illər keçsə də, o itgi bu gün baş vermiş kimi dərin izlər buraxır, kədər hissi yaradır. Amma onu da etiraf etmək lazımdır ki, həyatda tək-tək insanlar bu şərəfə, ehtirama nail olurlar. Bunun da kökündə həmin şəxsin həyat fəaliyyəti dayanır. Necə ki, eyni fikirləri ümummilli lider Heydər Əliyevə şamil edə bilərik.

Tariximizin Heydər Əliyev səhifəsi

12 Dekabr 2016 13:26

Kainat kimi dünyamızın tarixi də sonsuzdur. O qədər sonsuz ki, bəzən onu insanların sadəcə “baxıb keçdiyi bir pəncərə”yə də bənzədiblər. Tarixin pəncərəsindən bu dünyaya baxıb keçənlərin sayı da sonsuzdur. Bu sonsuzluq zəncirində çox nadir simalar olur ki, onlar sadəcə baxıb keçmir, öz baxışları ilə bəşəriyyətin həyatını dəyişəcək qədər güclü bir iz buraxıb gedir.

Təklif: Türkiyə PKK-nın içində partlayış törətsin

12 Dekabr 2016 12:50

PKK İŞİD-in texnologiyasını mənimsəyib, "terrorçu kamikadzelər" yetişdirir, adını da qoyub "kürd şahinlər". Bu cür texnologiya ilə ənənəvi üsullarla mübarizə aparmaq çətindir.

"Rusiya-Ermənistan birləşmiş qoşun qruplaşması Azərbaycana heç bir problem yaratmır"

12 Dekabr 2016 12:33

“Rusiya-Ermənistan birləşmiş qoşun qruplaşmasının yaradılması Azərbaycana heç bir problem yaratmır”.