Siyasət
İsrailin baş naziri bu gün Azərbaycana gəlir - YENİLƏNİB
İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana səfər proqramı açıqlanıb. Məlumata görə, o və həyat yoldaşı Sara Netanyahu diplomatik əlaqələri inkişaf etdirmək üçün Azərbaycan və Qazaxıstana səfər edəcəklər. Baş nazir görüşlər zamanı regional, həmçinin iqtisadi, təhlükəsizlik və diplomatik məsələləri müzakirə edəcək.
Heydər Əliyev KQB-ni necə aldatmışdı? - FOTO
Azay Quliyev Makedoniyada keçirilən seçkiylə bağlı bəyanatla çıxış edib
ATƏT PA-nın Seçki Müşahidə Missiyasının rəhbəri Azay Quliyev bu gün Makedoniyanın paytaxtı Skopyedə mətbuat konfransı keçirərək 11 dekabr parlament seçkilərinin nəticələri barədə bəyanatla çıxış edib. Azay Quliyev onlara həvalə edilən mandat daxilində hər hansı problem olmadan və effektiv fəaliyyət göstərdiklərini deyib: “Apardığımız müşahidələrin nəticələrinə əsasən, xüsusi kordinator Roberto Battellinin söylədikləri ilə həmfikirəm. Müşahidələr əsasən müsbət və bəzi hallarda qeyri-müsbət məqamlarla xarakterizə olunan qarışıq mənzərəni göstərdi. Misal üçün, biz, vaxt azlığı şəraitində “seçki mexanizminin” yaxşılaşdırılması istiqamətində konkret addımların və səylərin atılmasını gördük. Buna nail olmaq istənilən ölkədə çətindir. Bununla belə, irəliləyiş qeydə alındı. “Seçki mexanizminə” aid əsas çətinliklər o cümlədən Dövlət Seçki Komissiyasının fəaliyyəti ilə bağlıdır. Digər müsbət məqamlar seçicilərin qeydiyyatı, şikayət və apellyasiya proseduru ilə bağlıdır. Qeyd olunan istiqamətlər üzrə əldə olunan irəliləyiş davam etməlidir. Media, seçkilərin təşkili, məhkəmə sistemi kimi vacib sahələr üzrə əldə olunan irəliləyiş aşağı səviyyədə olub və hansı bunlar Przino Anlaşmasında da nəzərdə tutulmuşdu.
Səməd Seyidov və Sabir Hacıyev AŞPA-nın komitə iclaslarında iştirak edəcəklər
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və deputat Sabir HacıyevAvropa Şurası Parlament Assambleyasının komitə iclaslarında iştirak etmək üçün dekabrın 13-də Fransanın paytaxtı Parisə səfər edəcəklər.
Həmsədr: "Fransa Qarabağ münaqişəsinin qərəzsiz və ədalətli həlli üçün səylərini davam etdirəcək"
ATƏT-in Minsk Qrupunun fransalı həmsədri səfir Stefan Viskonti dekabrın 11-12-də Azərbaycanda səfərdə olub.
"Azərenerji"də Heydər Əliyevin anım mərasimi keçirilib
Bu gün "Azərenerji" ASC-də ulu öndər Heydər Əliyevin vəfatının 13-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Cahangir Hacıyev dilemması: "siyasi məhbus" oyununda yeni pərdə
Yaxud Beynəlxalq Bankın keçmiş rəhbərinin adı "Qaranquş dəstəsi" ilə bir sırada dayanır?
Cinayət-Prosessual Məcəlləsi dəyişdirildi
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 29 noyabr tarixli 439-VQD nömrəli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.
"Avtomobil yolları haqqında" qanuna dəyişiklik edilib
Prezident İlham Əliyev "Avtomobil yolları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 28 oktyabr tarixli 376-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.
"Su təchizatı və tullantı suları haqqında" qanunda dəyişiklik
Prezident İlham Əliyev "Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 28 oktyabr tarixli 374-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.
"Elektroenergetika haqqında" qanunda DƏYİŞİKLİK
Prezident İlham Əliyev "Elektroenergetika haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 28 oktyabr tarixli 372-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.
Prezident qaz təchizatı barədə sərəncam verdi
Prezident İlham Əliyev "Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 28 oktyabr tarixli 373-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.
"Telekommunikasiya haqqında" qanunda dəyişikliklər edildi
Prezident İlham Əliyev "Telekommunikasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 28 oktyabr tarixli 371-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.
"İctimai televiziya və radio yayımı haqqında" qanuna dəyişiklik edilib
Prezident İlham Əliyev "İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 28 oktyabr tarixli 370-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.
Prezident İlham Əliyev misirli həmkarına başsağlığı verib
Prezident İlham Əliyev Misir Ərəb Respublikasının prezidenti Əbdülfəttah əs-Sisiyə başsağlığı verib. Başsağlığında deyilir: "Hörmətli cənab prezident, Qahirə şəhərində törədilmiş amansız terror aktı nəticəsində çox sayda insanın həlak olması və yaralanması xəbəri bizi olduqca kədərləndirdi.













