Siyasət

Səfir: "Minsk qrupunun fəaliyyətində ciddi irəliləyiş hiss olunmur"

13 Dekabr 2016 16:09

ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fəaliyyətində ciddi irəliləyiş hiss olunmur. Bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. O bildirib: "Azərbaycanın bir milyona yaxın qaçqın və məcburi köçkünü var. Bu problem 25 ildir davam edir". Səfir qeyd edib ki, bu məsələdə Türkiyə Azərbaycanın yanındadır.

Ermənilər işğal altında olan Azərbaycan ərazilərində hərbi təlimlər keçir

13 Dekabr 2016 16:07

Erməni silahlı bölmələri Azərbaycanın işğal altında olan ərazilərində növbəti hərbi təlimlərə başlayıblar. APA-nın Qarabağ bürosunun xəbərinə görə, təlimlər Ağdam rayonunun işğal altında olan Uzundərə adlı ərazisində keçirilir. Təlimlərdə ağır artilleriyadan da istifadə olunur.

Prezident İlham Əliyev icra başçısı ilə bağlı sərəncam imzaladı

13 Dekabr 2016 16:06

Prezident İlham Əliyev Y.Q.Məmmədovun 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

İlham Əliyev: “Yəhudi icması Azərbaycanın inkişafına böyük töhfə verir”

13 Dekabr 2016 16:03

"Yəhudi icması Azərbaycan cəmiyyətinin çox fəal bir hissəsidir və ölkənin inkişafına böyük töhfə verir”.

Mübariz Əhmədoğlu: “İsrail Azərbaycana kömək etmiş bir dövlətir”

13 Dekabr 2016 15:45

“Ümumiyyətlə İsrailin baş naziri Benjamin Netanyahonun Bakıya səfərində heç bir qaranlıq məsələ yoxdur. İsrail parlamentli respublikadır. Ona görə də orada baş nazirin səlahiyyətləri daha böyükdür”. Bunu  Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.

Sarkisyan ictimaiyyətin fikrini problemlərdən yayındırmağa çalışır

13 Dekabr 2016 15:44

“Ermənistanın danışıqlardan uzaqlaşması və müharibə ritorikasına keçməsi Rusiyanın təsiri ilə bağlıdır. Rusiya ilə birgə qoşun qüvvələrinin yaradılması və bu ölkədən silah almalarından sonra guya özlərini güclənmiş sayır və təhdidlər yağdırırlar. Serj Sarkisyanın mövqeyi gülməli, dedikləri cəfəngiyyatdır. Görünür ki, Ermənistan Rusiyadan qulaqburması almayınca ritorikadan əl çəkməyəcək”. Bunu politoloq Qabil Hüseynli deyib.

Bakı-Təl-Əviv münasibətləri yeni mərhələdə

13 Dekabr 2016 15:35

İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri başlayıb. İsrail baş nazirinin səfəri təkcə Bakı və Təl Əvivdə deyil, eləcə də region ölkələrində ciddi şəkildə şərh edilir, bu səfərin nəticələrinin tərəflər üçün verə biləcəyi faydalar təhlil edilir. Birmənalı olaraq söyləmək mümkündür ki, İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycan səfəri ölkəmiz üçün yalnız divident gətirəcək və bu səfərin Azərbaycana kifayət qədər faydaları olacaq. Elə əksər ekspertlər bu qənaətdədirlər.

Prezident İlham Əliyevin Benyamin Netanyahu ilə təkbətək görüşü olub - YENİLƏNİB 

13 Dekabr 2016 15:27

Dekabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsrail Dövlətinin baş naziri Benyamin Netanyahu ilə təkbətək görüşü olub. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Baş nazir Benyamin Netanyahunu və xanımı Sara Netanyahunu qarşıladılar. Azərbaycan Prezidenti İlham Əliyev və İsrailin baş naziri Benyamin Netanyahu birgə foto çəkdirdilər. Görüşdə ölkələrimiz arasında əlaqələrin inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

Netanyahu: “Azərbaycan müsəlman dünyasının vacib ölkəsidir”

13 Dekabr 2016 14:09

“Azərbaycan və Qazaxıstan müsəlman dünyasının vacib və böyük ölkələridir”. Məlumata görə, bu sözləri İsrailin baş naziri Benyamin Netanyahu Azərbaycana səfərindən əvvəl hava limanında jurnalistlərə açıqlamasında deyib. 

Ziddiyyətli xarici siyasət kursu terroru mənən qidalandırır

13 Dekabr 2016 13:57

Hələbdə Əsəd düşmənlərinin 4 illik hakimiyyətinə son qoyulmasının bir addımlığında İstanbulda terrorun yeni əks-sədası bitməyən müharibənin qanlı izlərini nümayiş etdirir. Doğrudur, Suriyanın vacib hərbi məntəqəsində qalib gələn Moskva-Tehran-Dəməşq ittifaqıdır və Ankaranın son aylarda verdiyi qərarların burada rolu həlledici deyil. Lakin Türkiyənin 2003-cü ildə Yaxın Şərq teatrında öz üzərinə düşənləri yerinə yetirməməsinin və regionun təhlükəsizliyini pozmaq istəyənlərə meydan verməsinin bədəlini indi çox ağır ödədiyi inkarolunmazdır.

Politoloq: “Azərbaycan İsraillə strateji tərəfdaşdır”- MÖVQE

13 Dekabr 2016 13:40

“İsrail Azərbaycan üçün həm iqtisadi, həm hərbi, həm də beynəlxalq məsələlərdə strateji tərəfdaşdır. Hazırda Azərbaycan öz neftini İsrailə satır, gələcəkdə ölkə qazımızın İsrailə satılması nəzərdə tutulur”. Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Benyamin Netanyahunun Azərbaycana səfəri başlayıb

13 Dekabr 2016 13:13

İsrail baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri başlayıb.

Politoloq: "Sarkisyan bəyanatla əhalisini aldatmağa çalışır"

13 Dekabr 2016 12:52

“Sarkisyanın bəyanatı göstərir ki, Ermənistan rəhbərliyi aprel döyüşlərindən heç bir nəticə çıxarmayıb”. Bunu açıqlamasında politoloq İlqar Vəlizadə düşmən ölkə prezidentinin Azərbaycanın işğal olunmuş torpaqlarına səfərindən sonra “münaqişənin həllinə dair heç bir danışıqlar aparılmır, ordu, əhali çətin dövrə hazır olmalıdır” bəyanatına münasibət bildirərkən deyib.

Ermənilər tarix boyu bizim üzümüzə gülərək, başımıza bəlalar açmaqdadırlar

13 Dekabr 2016 12:17

“Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti davam edir.Bu ölkə ilə müharibə bitməyib. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən politoloq Məhəmməd Əsədullazadə deyib ki, ermənilər tarix boyu, genetik olaraq, Azərbaycan xalqının düşmənidir: “Hazırda bu düşmənçilikləri davam etməkdədir.

Ermənilər 30 dəfə atəşkəsi pozub

13 Dekabr 2016 11:54

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində qumbaraatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 30 dəfə pozub.