İsrailin baş naziri bu gün Azərbaycana gəlir - YENİLƏNİB
İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana səfər proqramı açıqlanıb. Məlumata görə, o və həyat yoldaşı Sara Netanyahu diplomatik əlaqələri inkişaf etdirmək üçün Azərbaycan və Qazaxıstana səfər edəcəklər. Baş nazir görüşlər zamanı regional, həmçinin iqtisadi, təhlükəsizlik və diplomatik məsələləri müzakirə edəcək.
13 Dekabr 2016 11:50 Siyasətİsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana səfər proqramı açıqlanıb. Məlumata görə, o və həyat yoldaşı Sara Netanyahu diplomatik əlaqələri inkişaf etdirmək üçün Azərbaycan və Qazaxıstana səfər edəcəklər. Baş nazir görüşlər zamanı regional, həmçinin iqtisadi, təhlükəsizlik və diplomatik məsələləri müzakirə edəcək.
Dövlət rəsmiləri ilə görüşdən sonra baş nazir Şəhidlər xiyabanına ziyarət edəcək və memorial kompleksə əklil qoyacaq. O, təhsil naziri Mikayıl Cabbarovla birlikdə "Or avner" yəhudi icmasının təhsil aldığı təhsil kompleksində olacaq, yerli yəhudi icmasının nümayəndələri ilə görüşəcək.
B. Netanyahu Azərbaycana bu gün səfər edəcək, sabah isə Qazaxıstana yollanacaq.
***
Bu gün İsrailin baş naziri Benyamin Netanyahu Azərbaycana səfəri başlayır. Səfər bir günlükdür. İsrailin baş naziri Azərbaycandan Qazaxıstana gedəcək.
Xatırladaq ki, bu İsrail baş nazirinin Azərbaycana ilk səfəridir.