"Televiziya və radio yayımı haqqında" qanuna dəyişiklik təsdiq edildi

Prezident İlham Əliyev “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2016-cı il 28 oktyabr tarixli qanunun tətbiqi haqqında sərəncam imzalayıb.

Prezident İlham Əliyev "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" 2016-cı il 28 oktyabr tarixli qanunun tətbiqi haqqında sərəncam imzalayıb.

Dəyişikliyə əsasən, qanuna aşağıdakı məzmunda 12-1-ci maddə əlavə edilir:

"Maddə 12-1. Dini ekstremizm əleyhinə xüsusi əməliyyatlar barədə ictimaiyyətə məlumatın verilməsi

12-1.1. Dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması zonasında kütləvi informasiya vasitələri işçilərinin fəaliyyəti əməliyyat aparan orqan tərəfindən müəyyən edilir.

12-1.2. Dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat barədə ictimaiyyətə məlumatlar əməliyyat aparan orqanın müəyyən etdiyi formada və həcmdə verilir.

12-1.3. "Dini ekstremizmə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsində nəzərdə tutulmuş məlumatların yayılmasına yol verilmir.".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31