Siyasət
Bakı Slavyan Universitetinin əməkdaşları təltif edilib - SİYAHI
Azərbaycan prezidenti İlham Əliyev Bakı Slavyan Universitetinin əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Prezident İlham Əliyev Avstriyanın və İsveçrənin yeni seçilmiş prezidentlərini təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Avstriyanın yeni seçilmiş Federal Prezidenti Aleksander Van der Bellenə təbrik məktubu göndərib.
İsrailli ekspert: "Netanyahunun Bakıya səfəri İsrailin Azərbaycana verdiyi önəmin təsdiqidir"
İsrailin Baş naziri Binyamin Netanyahunun Bakıya səfəri İsrailin Azərbaycana verdiyi önəmin təsdiqi olub. Bunu açıqlamasında İsrailin Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun eksperti Qalliya Lindenştrauss B.Netanyahunun Bakıya səfərini şərh edərkən deyib.
Ekspert: "Tillersonun təyinatı ABŞ-ın Rusiya ilə münasibətlərinin istiləşməsi demək deyil" - RƏY
"ABŞ prezidentinin yeni administrasiyasının vəzifələri çərçivəsində ən başlıcası Birləşmiş Ştatların hegemonluq ənənələrinə sədaqəti qoruyub saxlamaqdır".
Lavrov: Suriyada 80 ölkədən on minlərlə terrorçu döyüşür
"Suriyada 80-dan çox ölkədən on minlərlə şəxs döyüşür. Söhbət terrorçulardan gedir". Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
"Səfər Azərbaycan İsrail münasibətlərinin yüksək səviyyəyə çatdığını göstərdi"
"İsrailin Baş naziri Benyamin Netahyahunun Azərbaycana səfəri və səfərin yekunları bir daha göstərdi ki, iki dövlət və xalqlar arasındakı dostluq, qardaşlıq münasibətləri yüksək səviyyəyə çatıb". Bu fikirləri Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədr müavini, millət vəkili Rauf Əliyev deyib.
“Netanyahunun Azərbaycana səfərinin nəticələri” -VİDEO
Sputnik Azərbaycan mətbuat mərkəzində “Cənubi Qafqaz” Politoloqlar Klubunun növbəti toplantısı keçirilib. Müzakirələrdə politoloq Arzu Nağıyev, Baku Network ekspertlər şurasının sədri Elxan Ələsgərov, “Azİz” İsrail-Azərbaycan beynəlxalq assosiasiyasının nümayəndəsi Vahid Bayramov, eləcə də rusiyalı ekspert Pavel Klaçkov iştirak ediblər.
Politoloq: "İsraillə Azərbaycanı tarixi köklər birləşdirir"- ŞƏRH
“İsraillə Azərbaycanı həm siyasi, həm iqtisadi, həm humanitar həm də digər sahələrlə olan əməkdaşlıq münasibətləri birləşdirir”. Bunu SİA-ya açıqlamasında politoloq Fikrət Sadıqov deyib.
Niyaməddin Orduxanlı: "Əli Kərimli ifşa olundu"
“Almaniyada yaşayan Sabir Rüstəmxanlının qardaşı Əlövsət bəyin Əli Kərimlinin mühacir biznesi ilə bağlı yazdığı statusu oxudum. Hər zaman ölkə mediasına açıqlamam da demişdim və bu günə qədər onlarla fakt olub ki, Əli Kərimli “siyasi mühacir” bisnesindən yaxşıca pul qazanır.” Bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədrinin müavini Niyaməddin Orduxanlı deyib.
Xameneinin müşaviri: “İran Qarabağ münaqişəsində vasitəçi ola bilər”
“Tərəflər istəyərsə, İran Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi ola bilər”. Bunu açıqlamasında ali lider Ayətullah Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri və İslami Oyanış Assambeleyasının baş katibi Əli Əkbər Vilayəti deyib.
Deputat müdafiə nazirindən soruşdu: “Arvadının o qədər sərvəti haradandır?”
Ermənistan parlamentində ötən gün Qarabağda bundan sonra həlak olacaq və yaralanacaq erməni hərbi qulluqçularına görə sanballı kompensasiyaların verilməsini, bunun üçün hər işləyən vətəndaşdan ayda 1000 dram (2 dollara yaxın) pul tutulmasını nəzərdə tutan qanun layihəsi ikinci oxunuşdan keçib.
Müsəlman həmrəyliyinə kim sadiqdir?
İsrailin dövlət olaraq yaşı azdır . II dünya müharibəsindən sonra yaranmış bu dövlətin təşəkkülündə ABŞ və Rusiyanın oynadığı rol haqda danışılanda nədənsə digər dövlətlərin, xüsusən ozamankı İranın oynadığı rol unudulur. İsrailin ərəb dövlətlərini müharibələrdə udmasında İranın İsrailə maliyyə, siyasi dəstəyinin iştirakı şəksizdir. Həm də bu sadəcə Pəhləvilər dövrünün İranı ilə bağlı hal deyil. İslam inqilabının ilk illəri də daxil olmaqla İranın neft ticarətində İsrail üçün xüsusi güzəştlər olub. İsrailin ilk repatriantları içərisində iranlı yəhudilərin xüsusi ağırlığı var idi, həmin repatriantlar içərisindən müxtəlif siyasi , hərbi xadimlər, o cümlədən prezident də çıxmışdır. Bu, İsrailin təşəkkül dövründə ona lazım olan ən mühüm dəstək idi, yeni dövlət orda yaşayacaq vətəndaşlar olmadan mövcud ola bilməz.
Sadə erməniləri sülh variantına vadar edən başlıca amillər
Son vaxtlar Dağlıq Qarabağ və ətraf ərazimizin ermənilər tərəfindən işğalı ilə bağlı 22 illik qarşıdurma dövründə rast gəlinməyən təzahürlər başlanıb. Belə ki, problemin xalq diplomatiyası yolu ilə həlli tərəfdarlarının sayında artım müşahidə edilməkdədir. Maraqlısı odur ki, indi Ermənistan tərəfindən daha çox insan bu prosesin tərəfdarı qismində çıxış edir. Əgər əvvəlki illərdə beynəlxalq təşkilatların tövsiyyəsi ilə Azərbaycanın da razılıq verdiyi bu prosesə qarşı tərəf əlacsız şəkildə, hansısa beynəlxalq güclərin xətrinə dəyməmək üçün can dərdi qoşulurdusa, indi fərqli situasiya müşahidə edilir. Belə ki, artıq xalq diplomatiyası təşəbbüsü Sərkisyan idarəçiliyindən cana doyan sadə ermənilər tərəfindən irəli sürülür. Hətta bir müddət əvvəl Bakıya səfər edən həmin təşəbbüskar ermənilər işğalçı bir ölkə vətəndaşı olduqlarını öz dillərindən belə etiraf etdilər. Bəs görəsən erməniləri ağıllanmağa nə vadar edir? Yaxud ermənilər doğurdanmı ağıllanıblar, yoxsa bu yeni bir hiylədir?
"Azərbaycan-İsrail əlaqələrinin səviyyəsi hər iki dövlətin mənafeyini əks etdirir"
"İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri və səfərin yekunları bir daha göstərdi ki, iki dövlət və xalqlar arasındakı dostluq, qardaşlıq münasibətləri yüksək səviyyəyə çatıb".
İsrail-Azərbaycan əməkdaşlığının əhəmiyyətli tərəfləri
Gözələnildiyi kimi İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri yüksək səviyyədə baş tutdu. Baxmayaraq ki, bu səfərdən ciddi narahatçılıq keçirən bəzi region ölkələri vardı, amma buna rəğmən nə rəsmi Təl Əviv, nə də Bakı İsrail baş nazirinin səfərinin təxirə salınması barədə belə düşünmədi. Əslində düşünməyə belə ehtiyac da yox idi. Çünki hər şeydən əvvəl onu nəzərə almaq lazımdır ki, Azərbaycanın hər hansı bir ölkə ilə, o cümlədən İsraillə bu və ya digər dərəcədə əməkdaşlığı üçüncü bir ölkəyə qarşı yönəlməyib. Bunu hər kəs dəqiq bilməlidir. Digər tərəfdən İsraillə Azərbaycanı bir-birinə bağlayan tarixi köklər var. Və bu münasibətlər həmin tarixi köklərə əsaslanaraq hər keçən gün bir qədər də inkişaf edir.













