Siyasət

Azay Quliyev: "KTMT baş katibinin bəyanatı qəbuledilməzdir"

30 Dekabr 2016 14:06

"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyujanın Ermənistan-Azərbaycan dövlət sərhədində baş verən hadisə ilə bağlı bəyanatı qəbuledilməzdir". Bunu açıqlamasında millət vəkili Azay Quliyev N.Bordyujanın bəyanatını şərh edərkən deyib.

Oqtay Əsədov: “Bu kitabları yazanlar üzə çıxarılmalıdır”

30 Dekabr 2016 13:23

"Bir qrup tarixçi müəllim mənə müraciət edib. Müəllimlərin dediyinə görə, 8-ci sinifdə rus dili bölməsində Azərbaycan və Qarabağın tarixi ayrıca kitablarla tədris olunur. Bu məsələ araşdırılmalıdır”. Bunu Milli Məclisin plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib. O qeyd edib ki, bu məsələ diqqətdə saxlanılmalıdır: “Tarixi ayrıca tədris etmək nə deməkdir? Azərbaycana məxsus yerlərin ayrıca tədris olunmasına nə ehtiyac var ki?!”

Azərbaycanda telekommunikasiya və İT-nin inkişafına dair strateji hədəflər açıqlandı

30 Dekabr 2016 12:53

Azərbaycanda telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair strateji hədəflər müəyyən olunub. Məlumata görə, bu barədə Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə deyilir.

BQXK: Azərbaycan əsgərinin meyitinin qaytarılmasında neytral vasitəçilik etməyə hazırıq

30 Dekabr 2016 12:42

“Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) hazırda münaqişə tərəflərinin hakimiyyət orqanları ilə əlaqədədir və bu məsələni yaxından izləyir”.

İtkin düşən əsgərlə bağlı MƏLUMAT - Dövlət Komissiyası yaydı

30 Dekabr 2016 12:39

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası itkin düşən əsgərlə bağlı məlumat yayıb. 29 dekabr 2016-cı il tarixdə Azərbaycan Respublikası dövlət sərhədini pozmağa cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Qurbanov Çingiz Salman oğlunun meyidinin qarşı tərəfdən alınması ilə bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən aidiyyəti beynəlxalq təşkilatlarla birlikdə müvafiq tədbirlər görülür. Proseslə bağlı ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

“Bordyuja öz səlahiyyətlərindən kənara çıxıb”

30 Dekabr 2016 11:33

“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar normal qaydada aparılmadığı, erməni qoşunları işğal edilmiş Azərbaycan torpaqlarından çıxmadığı təqdirdə sərhəddə və cəbhədə hərbi toqquşmalar davam edəcək”.

Ermənistan öz çirkin əməlləri ilə Azərbaycan xalqına qarşı qeyri-insani simasını nümayiş etdirir

30 Dekabr 2016 11:25

Ermənilər tərəfindən sosial şəbəkələrdə Azərbaycan əsgərinin cəsədinin fotolarının yayılması ilə bağlı Müdafiə Nazirliyi açıqlama yayıb.

Azərbaycandan Ermənistana sərt xəbərdarlıq

29 Dekabr 2016 18:43

Ermənistan yenidən cəbhə xəttində təxribat xarakterli hərkətlərə başlayıb. Son günlər atəşkəs rejimini intensiv şəkildə pozan işğalçı ölkə ötən gün (dekabrın 29-da) Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini yarmağa çalışıb. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Döyüş toqquşması zamanı düşmən tərəfi canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edilib. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Onun tapılması istiqamətində müvafiq tədbirlər görülür.