Siyasət

Azərbaycan XİN Nikolay Bordyujaya cavab verib

29 Dekabr 2016 18:09

“Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatının Ermənistan Azərbaycan sərhədindəki məsələ ilə əlaqədar şərhini birtərəfli hesab edirik”.

Azərbaycan XİN cəbhədəki vəziyyətlə əlaqədar sərt bəyanat verdi

29 Dekabr 2016 18:05

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun 29 dekabr 2016-cı il tarixində səhər saatlarında Ermənistan-Azərbaycan dövlət sərhədində törətdiyi növbəti təxribatını və qəsdən vəziyyəti gərginləşdirməyə yönəlmiş əməllərini kəskin şəkildə pisləyir.

Rusiyalı generaldan Qarabağla bağlı TƏRBİYƏSİZ AÇIQLAMA

29 Dekabr 2016 17:36

MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay BordyujaErmənistanın bu gün Ermənistan-Azərbaycan sərhədindəki təxribatını dəstəkləyib.

KTMT-dən Azərbaycana qarşı təxribat - Bakıdan rusiyalı baş katibə sərt cavab

29 Dekabr 2016 17:19

Bu, KTMT-nin çox böyük siyasi səhvi hesab edilə bilər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Rusiyadan olan Baş katibi Nikolay Bordyujanın adından bu gün Ermənistan-Azərbaycan cəbhə xəttində baş vermiş silahlı insidentlə bağlı bəyanat yayılıb. Təşkilatın rəsmi saytında yerləşdirilmiş bəyanatda deyilir: 

"Hər an müharibə başlaya bilər" - Azərbaycanlı general

29 Dekabr 2016 16:40

Ermənilər Azərbaycan Ordusunun qarşısını ala bilməyəcək. Bunu  sabiq hərbi birlik komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanla sərhəddə təxribat törətməsinə münasibət bildirərkən deyib.

"Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması Qaydası" təsdiq edildi

29 Dekabr 2016 15:55

Prezident İlham Əliyev "Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması Qaydası"nın təsdiqi haqqında  fərman imzalayıb. Fərmanda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. "Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması Qaydası" təsdiq edilsin (əlavə olunur). 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Səftər Hacıyev "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi

29 Dekabr 2016 15:52

Preziden İlham Əliyev S.H.Hacıyevin 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasına sadiqliyinə, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə, dövlət mühafizə obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyini yüksək peşəkarlıqla təmin etdiyinə görə polkovnik Səftər Heydər oğlu Hacıyev 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilsin". AZƏRTAC

Təxribata cəhd göstərən düşmən itkilərə məruz qalıb

29 Dekabr 2016 14:31

Dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhəddini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, döyüş toqquşması zamanı düşmən tərəfi canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edilib. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Onun tapılması istiqamətində müvafiq tədbirlər görülür.

Suriyada sülhə nail olmaq mümkündürmü?

29 Dekabr 2016 13:56

Ankara və Moskvanın Suriya məsələsində daha bir anlaşma əldə etdiyi bildirilirş Məlumata görə, Türkiyə və Rusiya arasında Suriyada ümumi barışıq planı barədə razılıq əldə olunub. Qarşıdurma tərəfləri olan hökumət və müxalifət qüvvələrinə dekbarın 30-dan savaşı dayandırmaq təklif olunub. Razılaşma Suriyadakı terror qruplaşmalarına aid olmasa da, hiss olunur ki, onların da taleyi barədə Ankara danışıqlarında qərar verilib. Artıq aydın olur ki, coğrafi mövqeyi, hərbi gücü, islam ölkəsi olması, Suriya əhalisinin xeyli hissəsinin türkmən olması Türkiyəyə Suriya məsələsində həlledici faktor şansı verib. Onun Rusiyanın ya Qərbin tərəfində olması həmin fövqəlgüc tərəfin qələbəsini təmin edirmiş. Və Türkiyə bunu Rusiya üçün böyük bir jest etdi. Bəs görəsən bundan sonra proseslər hansı məcrada cərəyan edəcək? Ümumiyyətlə, əldə edilən razılaşma nə dərəcədə keçərli olacaq və Suriyada vəziyyətin normallaşmasına xidmət edəcək?

Dağlıq Qarabağ üçün toplanmış imzaların sayı Ağ Evin petisiyaları arasında liderlərdi

29 Dekabr 2016 12:55

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi Ağ Evin rəsmi saytında dərc olunan və "We The People" bölməsində ABŞ prezidentinə ünvanlanan petisiyalar arasında toplanan imzaların sayı baxımından ikinci yeri tutur.

Daşkənddə Dünya Azərbaycanlılarının Həmrəylik Gününün önəmindən danışılıb

29 Dekabr 2016 12:43

Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il bayramı münasibətilə bayram tədbiri keçirilib. AMM-də keçirilən tədbirdə diplomatlar, Özbəkistanın elm, mədəniyyət, incəsənət xadimləri, mətbuat nümayəndələri, tanınmış soydaşlarımız iştirak ediblər.

132 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb olunub

29 Dekabr 2016 12:01

2016-cı ildə inzibati nəzarət qaydasında baxılması üçün daxil olmuş bələdiyyə aktlarının sayı ötən illə müqayisədə 5.6 faiz artaraq 62 mini ötüb. “Olaylar” xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyində keçirilən kollegiyada məlumat verilib. İclasda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı hazırlanmış illik məruzə dinlənilib. Bildirilib ki, daxil olmuş bələdiyyə aktlarında 1.365-i nazirliyin təklifləri əsasında dəyişdirilib və ya ləğv edilib. Pozuntulara yol vermiş 132 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb olunub. Eyni zamanda, 58 bələdiyyənin fəaliyyətində aşkar edilmiş daha ciddi hüquq pozuntuları ilə əlaqədar hüquqi qiymət verilməsi üçün materiallar istintaq orqanlarına göndərilib, 8360 hektara yaxın torpaq sahəsinin qanunsuz ayrılmasının qarşısı alınıb.

Mövqelərimiz atəşə tutulub

29 Dekabr 2016 11:30

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 39 dəfə pozub.