Suriyada sülhə nail olmaq mümkündürmü?

Ankara və Moskvanın Suriya məsələsində daha bir anlaşma əldə etdiyi bildirilirş Məlumata görə, Türkiyə və Rusiya arasında Suriyada ümumi barışıq planı barədə razılıq əldə olunub. Qarşıdurma tərəfləri olan hökumət və müxalifət qüvvələrinə dekbarın 30-dan savaşı dayandırmaq təklif olunub. Razılaşma Suriyadakı terror qruplaşmalarına aid olmasa da, hiss olunur ki, onların da taleyi barədə Ankara danışıqlarında qərar verilib. Artıq aydın olur ki, coğrafi mövqeyi, hərbi gücü, islam ölkəsi olması, Suriya əhalisinin xeyli hissəsinin türkmən olması Türkiyəyə Suriya məsələsində həlledici faktor şansı verib. Onun Rusiyanın ya Qərbin tərəfində olması həmin fövqəlgüc tərəfin qələbəsini təmin edirmiş. Və Türkiyə bunu Rusiya üçün böyük bir jest etdi. Bəs görəsən bundan sonra proseslər hansı məcrada cərəyan edəcək? Ümumiyyətlə, əldə edilən razılaşma nə dərəcədə keçərli olacaq və Suriyada vəziyyətin normallaşmasına xidmət edəcək?

Ankara-Moskva razılaşmasına Qərbin dəstək verəcəyi real görünmür

Ankara və Moskvanın Suriya məsələsində daha bir anlaşma əldə etdiyi bildirilirş Məlumata görə, Türkiyə və Rusiya arasında Suriyada ümumi barışıq planı barədə razılıq əldə olunub. Qarşıdurma tərəfləri olan hökumət və müxalifət qüvvələrinə dekbarın 30-dan savaşı dayandırmaq təklif olunub. Razılaşma Suriyadakı terror qruplaşmalarına aid olmasa da, hiss olunur ki, onların da taleyi barədə Ankara danışıqlarında qərar verilib. Artıq aydın olur ki, coğrafi mövqeyi, hərbi gücü, islam ölkəsi olması, Suriya əhalisinin xeyli hissəsinin türkmən olması Türkiyəyə Suriya məsələsində həlledici faktor şansı verib. Onun Rusiyanın ya Qərbin tərəfində olması həmin fövqəlgüc tərəfin qələbəsini təmin edirmiş. Və Türkiyə bunu Rusiya üçün böyük bir jest etdi. Bəs görəsən bundan sonra proseslər hansı məcrada cərəyan edəcək? Ümumiyyətlə, əldə edilən razılaşma nə dərəcədə keçərli olacaq və Suriyada vəziyyətin normallaşmasına xidmət edəcək?

İctimai Tədqiqatlar Mərkəzinin sədri İlqar Altay deyir ki, barışıq möhkəmləndiyi halda Suriyanın hökumət və müxalifət təmsilçiləri Türkiyə və Rusiyanın dəstəyi ilə Qazaxstanın Astana şəhərində konfliktin siyasi müzakirəsinə başlayacaqlar. Onun sözlərinə görə, burada qarant kimi isə Moskva və Ankara çıxış edəcək: "TASS xəbər verir ki, bu görüşlə bağlı Ankara və Moskvanın arasında son günlər intensiv və tələsik danışıqlar gedir. Suriya hökumətini Rusiya və müxalifəti tərəflərini isə Türkiyə gecikmədən ümumi vahid fikrə gəlməyə tələsdirirlər. Görünür, fikir, məsələni Birləşmiş Ştatların yeni prezidentinin Ağ Evdə oturmasına qədər həll etməkdir. Razılaşmanın hələlik açıqlanmayan, lakin əldə olunan detalları da ortaya çıxb. Razılaşma tərəfləri Suriya ərazisində regional avtonomiya yaranaraq olkəni qeyri-rəsmi təsir zönasına bölməyi və Bəşər Əsədə daha 5 il, yəni, növbəti seçkilərə qədər vəzifəsində qalmağı və bu müddətdə hakimiyyətini məhdudlaşdırmağı planlaşdırıblar. Bundan başqa, bu sxemi Fars Körfəzi ölkələri və Birləşmiş Ştatlarla da razılaşdırmağı planlaşdırırlar. Amma, sonuncular bu hala razılıq verəcəkmi, bu, sual altındadır. Bir ərəb ölkəsinin taleyinin heç olmasa, Səudiyyənin bu prosesə cəlb edilmədən həlli ərəb dünyası üçün çətin qəbul edilən olacaq. Röyterin məlumatına görə ABŞ isə razılaşma və barışıq məsələsində problem görmür. Maraqlı burasıdır ki, bütün əvvəlki danışıqlar prosesi İranın tam iştirakı ilə üçtərəfli gedib və hətta, dekabrın 20-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov rəsmən bəyan edib ki, Rusiya və Türkiyə ilə bərabər İran da ayrıca tərəf olaraq razılaşmanın qarantı kimi çıxış edəcək. Ancaq, son anda nədənsə İranı ortadan çıxarıblar və hələ ki, İran susur". İlqar Altay hesab edir ki, istənilən halda dünyanın diqqətini çəkən, təriqət - konfessiyaların, böyük hərbi terror qruplaşmalarının, fövqəl və qeyri-fövqəl dövlətlərin çarpışma meydanına çevrilmiş Suriyadakı, neçə ildən bəri davam edən problemin həllində Türkiyənin əsas rol oynaması və prosesin final görüşünün də türk-qazax Astanasında keçirilməsi əlamətdar haldır: "Həm Suriya problemi kimi böyük bir məsələnin həlli nüvəsnin Türkiyə və türk dünyası tərəfə keçməsi, həm də  Rusiya üçün xüsusi vacib razılaşma ilə bağlı. Eyni zamanda Rusiya kimi böyük, vacib qonşu dövlətin Türkiyə-türk dünyası ilə sıx yaxınlaşması baxımından əhəmiyyətlidir". Mərkəz rəhbərinin sözlərinə görə, Azərbaycan və onun Qarabağ probleminin həlli üçün bu yaxınlaşma yəqin ki, əhəmiyyətsiz olmaya bilməyəcək: "Azərbaycanın da, son dövrlər Türkiyə-Rusiya yaxınlaşmasında az-çox dərəcədə rolu olduğu halda, Ermənistan və dünya ermənilərinin Suriyadakı son proseslərdən və bu istiqamətdəki Türkiyə-Rusiya yaxınlaşmasından hiddətli narahatlığı da bunun göstəricisidir".

Politoloq Məhəmməd Əsədullazadə isə hesab edir ki,  Rusiya, Türkiyə və İranın birgə təşkil etdikləri Suriya üzrə "üçlər ittifaqının " Qazaxıstanın paytaxtı Astanada keçiriləcək sülh danışıqları, Qərbin iştirakı olmadan prinsipial olaraq, legitim sayılmayacaq. Onun sözlərinə görə,  Qərb Suriyada Əsədin hakimiyyətdən getməsinə çalışır və beş ildi gedən müharibə buna hesablanıb: "Bu müharibədə Əsəd hakimiyyətdə qalacaqsa, Rusiya dünyanın fövqəl dövləti ola bilər. Putinin prosesdə özünü əsas güc hesab edərək, Türkiyə və İranla Suriyada müəyyən razılığa gəlməsi, Suriyada sülhün bərqərar olacağı anlamına gəlməyəcək.  Birləşmiş Ştatlarda yeni administrasiyanın formalaşmasına kimi Putin Suriyada atəşkəsə nail olmaq və siyasi çözüm həll yolu ilə Türkiyənin dəstəklədiyi müxalifətlə razılığa gələrək, Suriyada mümkün əməliyyatların dayanmasına çalışır. Çünki, Rusiyanın axıra kimi Suriyada hərbi əməliyyatlar aparmaq imkanı yoxdur. Çünki dövlətin maddi imkanları buna imkan vermir. Rusiya Suriyada atəşkəs və sülh ortamı yaratmaqla, məqsədinə çatdığını göstərmək istəyir. Həmçinin ABŞ -ın yeni adminstrasiyasının Suriyaya mümkün müdaxilə imkanının qarşısını önləməyə çalışır". Politoloq deyib ki, Tramp administrasiyasında təmsil olunan generallar və müdafiə nazirinin mühafizəkar olması, Yaxın Şərqdə Rusiyanın varlığının qəbul edilməyəcyi və mübarizənin yeni fazaya keçəcəyini söyləməyə əsas verir.  ABŞ -da republikaçılar Ağ Evdə oturandan sonra, Amerikanın Suriya və Yaxın Şərq siyasəti kəskin dəyişəcək və Suriyada Əsədin hakimiyyətdən getməsinə çalışılacaq". Məhəmməd Əsədullazadə onu da deyib ki, Suriyada Rusiyanın qalibiyyəti, ABŞ -ın hegemonluğunun sonu ola bilər. Buna isə okeanın o tayında heç kim razı deyil: "Növbəti ildən Suriyada savaş yenidən şiddətlənəcək. Qərb regionda bütün maraqlarını təmin etməyə çalışacaq. Ona görə də Suriyada sülhdən danışmaq tezdir. Burada üçtərəfli deyil, çoxtərəfli danışıqlar prosesi aparılmalıdır".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31