Siyasət
İlham Əliyev Kuba və Sudan rəhbərlərini təbrik edib
Prezident İlham Əliyev Kuba Dövlət Şurasının və Nazirlər Şurasının Sədri Raul Kastro Rusaya təbrik məktubu göndərib. Təbrikdə deyilir: "Hörmətli cənab Sədr, Kuba Respublikasının milli bayramı - Azadlıq günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Prezident İlham Əliyev fərman imzaladı
Prezident İlham Əliyev Bakı şəhərində mühəndis-kommunikasiya təminatı obyektlərinin normal fəaliyyətinin təmin olunması ilə bağlı bəzi tədbirlər haqqında fərman imzalayıb.
Televiziya və radio işçiləri mükafatlandırıldı
Azərbaycan Radiosunun 90, Azərbaycan Televiziyasının 60 illik yubileyi münasibətilə Prezident İlham Əliyevin televiziya və radio işçilərinin təltif edilməsi haqqında 2016-cı il 7 noyabr tarixli sərəncamları ilə təltif olunmuş şəxslərin dekabrın 30-da mükafatlandırılması mərasimi keçirilib. Məlumata görə, Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov mərasimdə çıxış edərək Azərbaycan Radiosunun 90, Azərbaycan Televiziyasının 60 illik yubileyinin yüksək səviyyədə qeyd olunduğunu vurğulayıb. Bildirib ki, həmin tədbirdə Azərbaycan teleradiosunun fəaliyyət tarixinə nəzər salındı, keçilmiş yola qiymət verildi, müstəqil Azərbaycan dövlətinin müasir həyatında televiziyanın və radionun əhəmiyyəti dəyərləndirilərək qarşıda duran vəzifələr, əsas hədəflər müəyyənləşdirildi.
Səməd Seyidov: "Ermənistan vəziyyəti gərginləşdirmək üçün belə təxribatlar törədir"
Ermənistanın ötən gün törətdiyi təxribat Azərbaycanın beynəlxalq münasibətlərdə mövqelərinin inkişafına xələr gətirmək məqsədi dayışır. Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.
Siyavuş Novruzov: "Dağlıq Qarabağ tarixinin ayrıca tədrisi məni narahat edir"
“Orta məktəblərin rus dilli bölmələrin 8-ci sinifində Azərabaycan və Dağlıq Qarabağ tarixi ayrı kitablar şəklində tədris olunur. Məgər Dağlıq Qarabağ Azərbaycan tarixi deyil?”. Bunu millət vəkili Siyavuş Novruzov "Təhsil haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
ABŞ-ın Minsk qrupunda yeni həmsədri təyin olunub
ABŞ-ın ATƏT-in Minsk qrupunda müvəqqəti həmsədri təyin olunub. Gələn ilin yanvarından müvəqqəti olaraq bu vəzifəni Riçard Hoqland icra edəcək. Hazırkı həmsədr Ceyms Uorlikin səlahiyyət müddəti dekabrın 31-də başa çatır.
Azərbaycan əsgərinin cəsədi ermənilərin əlinə necə keçib...
Xəbər verildiyi kimi dünən səhərə yaxın Azərbaycan-Ermənistan sərhədində, Çinari kəndi yaxınlığında döyüş baş verib. Bu döyüşdə qarşı tərəfin təsdiq etdiyi kimi Ermənistan ordusunun üç hərbçisi-iki sıravi əsgər və bir zabit öldürülüb. Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, Ermənistan ordusunun kəşfiyyat-diversiya qrupu pusquya salınıb və düşmən çoxlu itki verərək geri çəkilib. Bu zaman Azərbaycan ordusunun əsgəri Çingiz Qurbanov itkin düşüb.
Azərbaycanda 19 minə yaxın İŞ YERİ yaradılacaq
Prezident İlham Əliyev Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi haqda fərmanı təsdiq edib. Yol Xəritəsi Azərbaycan Respublikası prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmişdir. AZƏRTAC
Nazim İbrahimov: “Azərbaycanlılar erməni təxribatlarının qarşısını layiqincə alırlar”
“Bütün dünyada yaşayan azərbaycanlıların təşkilatlanması davam edir və təşkilatlar qurulur”. Məlumata görə, bu barədə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov jurnalistlərə açıqlamasında müxtəlif şəhərlərdə Azərbaycanın koordinasiya mərkəzlərinin yaradılması prosesinə münasibət bildirərkən deyib.
ABŞ-ın Minsk qrupunda yeni həmsədri təyin olunub
ABŞ-ın ATƏT-in Minsk qrupunda müvəqqəti həmsədri təyin olunub. Gələn ilin yanvarından müvəqqəti olaraq bu vəzifəni Riçard Hoqland icra edəcək. Hazırkı həmsədr Ceyms Uorlikin səkahiyyət müddəti dekabrın 31-də başa çatır. Bu barədə APA ABŞ-ın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir.
Erməni tərəfi yalan məlumatlar yayır
Erməni tərəfi cari ilin dekabr ayının 29-da törətdiyi uğursuz təxribat nəticəsində verdiyi itkilərə bəraət qazandırmaq məqsədilə guya sərhəddə növbəti təxribatın baş verdiyi və Azərbaycan tərəfinin itkiləri barədə bu gün yenə də həqiqətə uyğun olmayan və daxili auditoriyaya hesablanmış növbəti yalan məlumat yayıb. “OLAYLAR”-ın xəbərinə görə, məlumatı Müdafiə Nazirliyinin mətbuiat xidməti yayıb. Bildirilir ki, əgər erməni tərəfinin "təkzibolunmaz sübutları" varsa, təqdim etsinlər. Rəsmi olaraq bildiririk ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri heç bir itki verməyib, gündəlik xidməti fəaliyyətini davam etdirir və əməliyyat şəraitinə tam nəzarət edir.
İrəvan işğal altındakı torpaqları azad etməyənə qədər...
Ermənistan ənənəvi təxribat hərəkətlərini davam etdirməkdədir. Son aylar cəbhə xəttində atəşkəs rejimini müntəzəm olaraq pozan işğalçı ölkənin təmas xəttində gərginliyi artıracağı gözlənilən idi. Çünki Ermənistan daxilində yaranmış siyasi gərginliyi və vətəndaş müharibəsi təhlükəsini önləmək üçün Sərkisyan hakimiyyətinin yenidən Qarabağ kartından yararlanacağı qaçılmaz hal alırdı. Və gözlənilən kimi də oldu. Dekabrın 29-da Ermənistan Silahlı Qüvvələri cəbhə xəttində təxribata əl ataraq mövqelərimizə doğru hərəkət etməyə cəhd göstərdilər. Lakin bu dəfə də düşmən istəyinə nail ola bilməyərək ciddi itgi verərək geri çəkilmək məcburiyyətində qaldı.
Ermənistan kompromisə və danışıqlara hazır deyil
Sərhəddə baş verən bu kimi təxribatlar münaqişəni yenidən alovlandıra bilər. Ermənistan hakimiyyəti zaman-zaman daxildəki siyasi gərginliyi ört-basdır etmək, cəmiyyətin diqqətini Qarabağ kartına yönəltmək məqsədilə istifadə etdiyi ssenari bu dəfə də işə yaradı. Bir neçə gün əvvəl onlarla insanın həlak olması ilə nəticələnən polis qarşıldurması və vətəndaş müharibəsi təhlükəsindən sığortalanmaq üçün işğalçı cəbhə xəttində yenidən gərginliyi artırmağa və təxribat törətməyə cəhd göstərdi. Belə ki, dekabrın 29-da Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Döyüş toqquşması zamanı düşmən tərəfi canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edilib. Bu arada Ermənistanın təxribat cəhdinə şimal qonşumuzdan verilən reaksiya təəssüf doğurub. Belə ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi təxribatda düşmən ölkə deyil, Azərbaycanı günahlandırıb.
KTMT Bordyujanın "DQR" bəyanatına aydınlıq gətirib
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Azərbaycan tərəfini təşkilatın baş katibi Nikolay Bordyujanın Ermənistan-Azərbaycan sərhədində silahlı insidentlə bağlı yaydığı bəyanatında işlətdiyi "Dağlıq Qarabağ Respublikası" ifadəsinə əhəmiyyət verməməyə çağırıb.
Deputat: "KTMT baş katibi ermənilər tərəfindən ələ alınıb"
"Ermənistan tərəfi qəsdən sərhəddə təxribat törətməklə 3-cü ölkələri münaqişəyə cəlb etmək istəyir".














