Ermənistan kompromisə və danışıqlara hazır deyil

Sərhəddə baş verən bu kimi təxribatlar münaqişəni yenidən alovlandıra bilər. Ermənistan hakimiyyəti zaman-zaman daxildəki siyasi gərginliyi ört-basdır etmək, cəmiyyətin diqqətini Qarabağ kartına yönəltmək məqsədilə istifadə etdiyi ssenari bu dəfə də işə yaradı. Bir neçə gün əvvəl onlarla insanın həlak olması ilə nəticələnən polis qarşıldurması və vətəndaş müharibəsi təhlükəsindən sığortalanmaq üçün işğalçı cəbhə xəttində yenidən gərginliyi artırmağa və təxribat törətməyə cəhd göstərdi. Belə ki, dekabrın 29-da Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Döyüş toqquşması zamanı düşmən tərəfi canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edilib. Bu arada Ermənistanın təxribat cəhdinə şimal qonşumuzdan verilən reaksiya təəssüf doğurub. Belə ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi təxribatda düşmən ölkə deyil, Azərbaycanı günahlandırıb.

Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyib ki, Ermənistanın Qarabağdan kənar dövlət sərhəddində bu kimi, təxribatlara əl atması, bir sıra məqamlardan xəbər verir. O, bildirib ki, bunun Sankt -Petetburqda keçirilən KTMT-nin iclasında Ermənistanın rotasiya qaydası ilə sədirliyinin baş tutmamasından sonraya baş verməsi təsadüfi deyil: "Belə bir təxribatın məqsədli şəkildə işğal olunmuş Dağlıq Qarabağ ərazisindən kənarda törədilməsi, KTMT-nı bu münaqişəyə cəlb etmək, və təşkilatın daima Ermənistanın yanında olacağı mesajıdır. Ermənistan çalışır ki, Azərbaycan əks həmlə ilə Ermənistan ərazilərini atəşə tutsun və KTMT münaqişəyə cəlb edilərək, tərəf olsun. Bununla da, Qarabağ danışıqlarını sabotaj etməyi planlaşdırsın. Həmçinin münaqişəni Qarabağ istiqmətindən kənara çıxarmaqla diqqəti beynəlxalq təşkilatlardan yayındırmış olsun. Qeyd etmək lazımdır ki, Azərbaycan işğal olunmuş ərazilərdən kənarda, dövlət sərhədində bu kimi təxribatlarda maraqlı deyil, onun hədəfi yalnız işğal olunmuş ərazilərində yerləşən düşmən mövqeləri və ərazisini geri almaqdır. Həmçinin Azərbaycan Ermənistanın sərhədləri daxilində əməliyyatda maraqlı olmamasının səbəbi KTMT faktorudur. Buna baxmayaraq, Ermənistan hücumları intensivləşdirsə, bu, bütün cəbhə boyu əraziləri əhatə edəcək". Politoloq deyib ki, Azərbaycanın əks həmləsi ilə, Ermənistanın Aprel məğlubiyyətinə düçar edəcək: "Ermənistan hazırda, bilərəkdən dövlət sərhəddində münaqişə etməklə, KTMT diqqətini bu insidentə çəkir. KTMT baş katibindən ziddiyyətli bəyanatların verilməsi, ölkəmizi günahlandırması, Azərbaycanın ərazi bütövlüyünə hörmətsizliyi planlaşdırılmış bir siyasət olduğunu göstərir. Qeyd edim ki, baş katibin açıqlamaları, birbaşa rəsmi Kremlin göstərişi idi. Yoxsa baş katib Bordyuja belə bir ciddi bəyanatla çıxış etməzdi". Məhəmməd Əsədullazadə hesab edir ki, rəsmi Bakının son aylar Pakistan və İsraillə silah anlaşması, Kremldəki dairələri ciddi narahat etməkdədir: "İsrailin baş naziri Benyamin Netanyahunun Bakıya səfəri çərçivəsində beş milyard dollarlıq imzalanan silah anlaşması, şimal qonşumuzun qəzəbinə səbəb olub. Ardınca Rusiya öz emissarı D. Roqozini yeni silah anlaşması üçün Bakıya göndərdi. Görünür, yeni silah müqaviləsi, Rusiyanı qane etməyib. Azərbaycanın istədiyi silahları isə, Rusiya verməyib. Ona görə də Azərbaycanın Qarabağla əlaqədar bəyanatları, bu dairələri narahat etməkdədir. Ermənistanın bəzi siyasətçilərinin Qarabağla bağlı kompromis çıxışları, Ermənistan və Rusiya hakimiyyətinin qəzəbinə tuş gəlir və münaqişəni qızışdırmaqla vəziyyəti kritikləşdirirlər. Netanyahunun ölkəmizə səfər proqramı çərçivəsində imzalanan müqavilələrdən sonra, cəbhə xəttində təxribatların olacağını qeyd etmişdim. Rusiya işğal olunmuş ərazilərdən kənarda, Ermənistanı bu kimi , diversiya hərəkətlərinə təhrik etməklə, Azərbaycana ciddi təzyiq etməyi düşünür. Və Azərbaycana mesaj verir ki, münaqişəni dövlət sərhəddində qızışdırmaqla, KTMT-i prosese cəlb edir və özünün "qanuni" iştirakına zəmin yaradar. KTMT baş katibinin tələm-tələsik Azərbaycanı ittiham etməsi, belə bir ciddi plandan irəli gəlir. Belə bir münaqişədə KTMT tərkibində Qırğızıstan, Qazaxıstan, Tacikistan və Belarus heç vaxt Azərbaycana qarşı hərbi hərəkətlilikdə iştirak etməyəcək. Burada, yalnız Rusiyanın dolayı yolla iştirakı gözlənilə bilər. İndiyə qədər Qazaxıstan və Belarus manevr imkanları olduqları üçün KTMT iclaslarını boykot edirlər. Qırğızıstan və Tacikistan Rusiyadan maliyyə və təhlükəsizlik məsələlərində asılı olduğundan müəyyən konfranslara qatılır. Bu, o demek deyil ki, bu iki respublika Ermənistanı dəstəkləyəcəklər". Politoloq deyib ki, son aylar Rusiya, Azərbaycana qarşı təzyiqləri gücləndirir: "Sərhəddə bu kimi, ciddi döyüşlər münaqişəni yenidən alovlandıra bilər. Azərbaycan ABŞ və Avropa İttifaqını təcili məlumatlandırmalı, məhz Ermənistanla dövlət sərhəddində işğal olunmuş ərazilərdən kənar ATƏT-in Minsk qrupunun təklif etdiyi və Ermənistanın razılaşdığı müşahidə kameraları yerləşdirməsini tələb etməlidir. Ermənistanın buna razılıq verəcəyi isə real görünmür. Son döyüş göstərdi ki, Ermənistan kompromisə və danışıqlara hazır deyil. Məqsəd prosesi uzatmaq, işğalı davam etdirməkdir".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31