Hakim partiya müxalifətçi Arsen Qevorkyanın təcridxanada ölümünə reaksiya verib – ÖZƏL
15:32 SiyasətOlaylar.az xəbər verir ki, Ermənistanın hakim "Mülki Müqavilə" partiyasının deputatı Armen Xaçatryan müxalifətçi Arsen Qevorkyanın təcridxanada vəfat etməsinə münasibət bildirərək, baş verənləri faciə adlandırıb və araşdırmanın bütün suallara cavab verəcəyinə ümid etdiyini deyib. Həbslərin siyasi qisas aləti olmadığını iddia edən deputat vurğulayıb ki, bu cür hallar bütün ölkələrin həbsxanalarında baş verir və Ermənistanda həbs qətimkan tədbiri yalnız istintaqa maneçiliyin qarşısını almaq üçün tətbiq olunur.
Qeyd edək ki, bələdiyyə seçkilərindən 4 gün əvvəl rüşvət ittihamı ilə həbs edilən Qevorkyan noyabrın 10-da təcridxanada vəfat edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31