Deputat: "KTMT baş katibi ermənilər tərəfindən ələ alınıb"

"Ermənistan tərəfi qəsdən sərhəddə təxribat törətməklə 3-cü ölkələri münaqişəyə cəlb etmək istəyir".

"Ermənistan tərəfi qəsdən sərhəddə təxribat törətməklə 3-cü ölkələri münaqişəyə cəlb etmək istəyir". Bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən iclasında Ermənistan tərəfinin ötən gün sərhəddə törətdiyi təxribata münasibət bildirərkən deyib.

Q.Həsənquliyev bildirib ki, ötən gün KTMT baş katibi Nikolay Bordyujanın "Dağlıq Qarabağ Respublikası" ifadəsini işlətməsi ilə bağlı fikrini bildirən millət vəkili söyləyib ki, Azərbaycan KTMT-yə üzv olan ölkələrə onun baş katiblikdən uzaqlaşdırılması ilə bağlı müraciət etməlidir:

"Nikolay Bordyuja ermənilər tərəfindən ələ alınmış bir adamdır".

Spiker Oqtay Əsədov millət vəkilinə cavab olaraq bildirib ki, KTMT-nin baş katibi N.Bordyujanın fikri Rusiyanın mövqeyi deyil.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31