Siyasət

Azərbaycan XİN cəbhədə baş verənlərlə bağlı növbəti bəyanat yayıb

30 Dekabr 2016 18:38

Azərbaycan Xarici İşlər Nazirliyinövbəti bəyanatla çıxış edib. Nazirliyin mətbuat xidmətindən daxil olan bəyanatda bildirilir ki, son zamanlar Ermənistan tərəfindən Vyana və Sankt-Peterburqda aparılmış danışıqları və münaqişəsinin sülh yolu ilə həlli istiqamətində olan səyləri pozmağa və münaqişənin əhatəsini genişləndirməyə yönəlmiş təxribatların artırılmasına münasibətdə Xarici İşlər Nazirliyi Azərbaycan tərəfinin dərin narahatlığını izhar edir və aşağıdakıları bildirir: "29 dekabr 2016-cı il tarixində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu Ermənistan-Azərbaycan dövlət sərhədini pozaraq, növbəti təxribat əməlini həyata keçirmişdir. Ermənistan silahlı qüvvələrinin bu təxribat əməlinin qarşısı alınıb və Ermənistan kəşfiyyat-diversiya qrupu itki verərək geri çəkilməyə məcbur edilib. Hücumun qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Qurbanov Çingiz həlak olub, onun cəsədi Ermənistan tərəfinə aparılıb.