Ermənistan ordusu 110 əsgərini itirdi

Ermənistan ordusunun 2016-cı ildə böyük itkilərlə üzləşib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki,  Ermənistanda "Vətəndaşların məlumatlandırılması ittifaqı" təşkilatı ordunun itkilərini açıqlayıb.

Təşkilatın məlumatına görə, Ermənistan ordusu 2016-cı ildə döyüş şəraitində 110-dan çox hərbiçisini itirib.

"2015 və 2014-cü illərlə müqayisədə bu, böyük itkilərdir. 2014-cü ildə Ermənistan ordusu 26, 2015-ci ildə isə 40 hərbiçisini itirmişdi", - deyə təşkilatın məlumatında bildirilir.

Həmçinin qeyd olunur ki, bu rəqəmlər rəsmi məlumatlardan götürülüb. Qeyri-rəsmi məlumatlarda isə itkilərin bundan 3-4 dəfə çox olduğu deyilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31