İstanbulda terakt barədə əvvəlcədən xəbərdarlıq olub
1 Yanvar 2017 09:39 DünyaABŞ kəşfiyyatı İstanbulda terror aktı barədə əvvəlcədən xəbərdarlıq edib.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə gecə klubun sahibi bildirib.
Onun sözlərinə görə, gecə klubunda bir həftə - 10 gün ərzində gücləndirilmiş təhlükəsizlik tədbirləri görülüb. Hücum edən şəxs Kalaşnikov avtomatından atəş açıb.
Qeyd edək ki, İstanbulda gecə klubuna silahlı basqın zamanı 35 nəfər ölüb, 40 nəfər isə yaralanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31