Siyavuş Novruzov: "Dağlıq Qarabağ tarixinin ayrıca tədrisi məni narahat edir"

“Orta məktəblərin rus dilli bölmələrin 8-ci sinifində Azərabaycan və Dağlıq Qarabağ tarixi ayrı kitablar şəklində tədris olunur. Məgər Dağlıq Qarabağ Azərbaycan tarixi deyil?”. Bunu millət vəkili Siyavuş Novruzov "Təhsil haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

"Orta məktəblərin rus dilli bölmələrin 8-ci sinifində Azərabaycan və Dağlıq Qarabağ tarixi ayrı kitablar şəklində tədris olunur. Məgər Dağlıq Qarabağ Azərbaycan tarixi deyil?". Bunu millət vəkili Siyavuş Novruzov "Təhsil haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

Bununla bağlı tarix müəllimləri tərəfindən dəfələrlə ona müraciətlərin olduğunu deyən S. Novruzov  məsələyə aydınlıq gətirilməsini xahiş edib: "Belə çıxır ki, İrəvanın, Naxçıvanın tarixi  də ayrı keçirilməlidir? Bu hansı formada  və nəyə uyğun şəkildə tədris olunur? Xüsusilə də bunun rus dilində olması məni narahat edir. Çünki bundan istənilən an istifadə edib deyə bilərlər ki, Azərbaycanın özündə belə Dağlıq Qarabağın tarixi ayrı dərs kimi tədris olunur. O baxımdan  xahiş edirəm ki, bununla bağlı araşdırma aparılsın".  

Məsələ ilə bağlı Azərbaycan Milli elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Məmmədov çıxış edərək bildirib ki.  Bir tarix var ki o da Azərbaycan tarixidir: "Kimsə təxribat yaradır".

Milli Məclisin spikeri məsələnin araşdırılmasını  bildirərək söyləyib ki, Dağlıq  Qarabağ tarixini ayrıca yazanlar tapılmalıdır.   Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31