Ermənistan silahlı qüvvələrinin pilotsuz uçuş aparatı ələ keçirilib

Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) ələ keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən erilən məlumata görə, dekabrın 29-da axşam saatlarında cəbhənin Tərtər rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq xüsusi üsulla yerə endirilib. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31