"Dağlıq Qarabağ münaqişəsi Almaniyanın qarşılaşdığı əsas çağırışlardan biri olub"

"Dağlıq Qarabağ münaqişəsi ATƏT sədrliyi dövründə Almaniyanın qarşılaşdığı əsas çağırışlardan biri olub". Bunu Almaniyanın ATƏT-ə sədrliyinin yekunları barədə danışan bu ölkənin xarici işlər naziri Frank-Valter Ştaynmayer deyib. Nazirin sözlərinə görə, bir müddət Dağlıq Qarabağ münaqişəsi Avropa ictimaiyyətinin diqqətindən kənarda qalsa da, aprel hadisələrindən sonra bu münaqişə yenidən vacib əhəmiyyət kəsb etdi. Ştaynmayer deyib: "Münaqişənin deeskalasiyasında ATƏT-in səyləri vacib idi. Biz ümid edirik ki, münaqişənin siyasi həlli üzrə danışıqlar üçün yeni imkanlar yaranacaq". Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31