Uorlik sərhəddəki insdentə münasibət bildirib

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Ermənistan Azərbaycan sərhəddində baş vermiş insdentdən təəssüfləndiyini açıqlayıb və həlak olanların yaxınlarına başsağlığı verib. Həmsədr deyib ki, baş vermiş bu  toqquşma regionda uzunmüddətli sülhün əldə edilməsi üçün  danışıqların irəliyə aparılmasının  əhəmiyyətini göstərir: "Daha əvvəl də vurğuladığımız kimi, bu münaqişənin hərbi yolla həlli yoxdur". Sia-nın məlumatına görə, bu barədə  "news.am" saytı xəbər yayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31