Siyasət

Qərib Məmmədov "Şöhrət" ordeni aldı

9 Yanvar 2017 18:14

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Q.Ş.Məmmədovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

"İslam NATO"su Azərbaycana nə dərəcədə lazımdır?

9 Yanvar 2017 18:04

Ümumiyyətlə, bu koalisiya Azərbaycana köklü şəkildə lazım deyil. Lakin müəyyən siyasi manevrlər baxımından İslam Əməkdaşlıq Təşkilatı kimi bu quruma da üzv olmaq ziyansızdır. Lakin bir şərtlə, Azərbaycan heç bir halda hərbi əməliyyatlarda birbaşa iştirak etməməli və Yaxın Şərqdəki qarmaqarışıqlıqda özünə düşmən qazanmamalıdır.

"Ermənistanın bu alçaq davranışı yalnız terrorçulara məxsus yanaşmadır"

9 Yanvar 2017 17:45

"Beynəlxalq humanitar hüquqa, xüsusilə Cenevrə konvensiyalarına uyğun olaraq həlak olmuş hərbi qulluqçunun meyidi dərhal qaytarılmalı olduğu halda, Ermənistanın törətdiyi təxribatdan on gündən artıq müddət keçməsinə baxmayaraq, rəsmi Yerevan hərbi qulluqçumuzun meyidini qaytarmaqdan imtina edir. Ermənistan tərəfi beynəlxalq təşkilatlar vasitəsilə edilmiş müraciətləri cavabsız qoyur". Bu barədə  Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Azərbaycanın xarici siyasətinin gündəliyində hələlik belə bir məsələ yoxdu

9 Yanvar 2017 17:15

Azərbaycanın İslam hərbi koalisiyasına qoşulması barədə KİV-də gedən xəbərlərə münasibət bildirən XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “Olaylar” – a verdiyi aşıqlamasında qeyd edib ki, “Azərbaycanın xarici siyasətinin gündəliyində hələlik belə bir məsələ yoxdu. İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində sözügedən məsələ ilə əlaqədar vaxtilə müxtəlif fikirlər səsləndirilib. Hər hansı təklif irəli sürüldüyü halda, Azərbaycan tərəfindən müfəssəl şəkildə təhlil olunur”.

Bayram Səfərov: “Elə etməsinlər ki, hərəkətlərini özlərinə qaytaraq”

9 Yanvar 2017 16:38

“Azərbaycanlı şəhid əsgərin cəsədinin qaytarılması ilə bağlı Azərbaycan dövləti işlərini davam etdirir”. Məlumata görə, bunu bu gün jurnalistlərə açıqlamasında Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov deyib.

“Bu görüş münaqişənin qısa zamanda həllinə səbəb ola bilər”

9 Yanvar 2017 15:35

“Dağlıq Qarabağın erməni və azərbaycanlı icması arasında görüş ölkəmizin xarici siyasətinin prioritet məsələsidir”. Bunu  açıqlamasında politoloq Mübariz Əhmədoğlu açıqlamasında deyib.

İslam Hərbi Alyansı Azərbaycana nə verə bilər?

9 Yanvar 2017 15:32

“Azərbaycanın İslam Hərbi Alyansına daxil olmaq barədə qərarını müsbət qiymətləndirirəm. Doğrudur, bu hərbi alyansın məram və məqsədləri hələ ki, bəlli deyil, ancaq artlq qurumun üzvlərinin sayı 42-yə çatıb”.

Qərb, Dağlıq Qarabağ münaqişəsini arxa planda saxlamaqdadır

9 Yanvar 2017 14:52

“Azərbaycanın qəbul olunmuş xarici siyasət və milli təhlükəsizlik konsepsiyasında ölkənin Avroatlantika məkanına inteqrasiyası başlıca pioritet elan edilib. Hazırda ölkəmiz balanslı siyasət aparmaqla, nə Avropa nə də Avrasiya ittifaqına inteqrasiyada maraqlı deyil”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib.

Rusiyanın Trampın prezident seçilməsinə yardımı olubmu?

9 Yanvar 2017 14:49

Birləşmiş Ştatların sabiq prezidenti Barak Obamanın ölkəsində keçirilən son seçkilər və onun nəticələri ilə bağlı verdiyi sensassion açıqlama Donald Trampın prezidentliyi üçün ciddi təhlükə yaradıb. Belə ki, Obama iddia edib ki, prezident seçkilərində səslərin hesablanması prosesi zamanı Rusiya kiber hücum vasitəsilə səslərin Trampa hesablanmasına şərait yaradıb. Keçmiş Ağ Ev rəhbərinin belə bir iddiası Moskvada ciddi etirazla qarşılanıb. Eyni zamanda Obamanın açıqlamasının Trampın prezidentliyi üçün də təhlükə yarada biləcəyi istisna edilmir. Bəs görəsən bu nə dərəcədə mümkündür və Obamanın iddiası nə dərəcədə əsaslıdır?

Estoniya ilə ticarət sahəsində o qədər də fəal əməkdaşlıq həyata keçirilmir

9 Yanvar 2017 14:22

Azərbaycan prezidenti İlham Əliyev Estoniyanın ölkəmizdə yeni təyin olunmuş səfiri xanım Marin Mittusun etimadnaməsini qəbul edib.

Region ölkələrinin hərbi itgiləri artıb

9 Yanvar 2017 13:53

Keçən il cəbhə xəttində baş verən erməni təxribatı və bu təxribata qarşı Azərbaycan Silahlı Qüvvələrinin keçirdiyi uğurlu hərbi əməliyyatla da yadda qalan oldu. Uzun illər qələbə sevincinə həsrəd qalsaq da, güclü Azərbaycan Ordusu aprel ayında bu mifi tamamilə qıra, onu aradan qaldıra bildi. Beləliklə, Azərbaycan Silahlı Qüvvələri uzun illər erməni işğalı altında olan bir neçə strateji əhəmiyyətli yüksəkliyi azad edərək orada Azərbaycan bayrağını dalğalandırdı.

2016-cı ildə Azərbaycanın xarici siyasət UĞURLARI

9 Yanvar 2017 13:37

"2016-cı il dünya siyasətində ağır il olub. Xüsusilə də geopolitikada ABŞ-Rusiya arasında olan münasibətlər, Suriya məsələsində Rusiyanın önə keçməsi, eləcə də ABŞ-ın Rusiyaya sanksiya tətbiq etməsi kimi məsələləri qeyd etmək olar".

Politoloq: “Rusiyanın Azərbaycanla bağlı mövqeyində dəyişiklik var” 

9 Yanvar 2017 13:35

“2008-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev çıxışında İrəvanın Azərbaycana məxsusluğunu gündəmə gətirdi və onun icarəyə verildiyini dedi. Ardınca dövlət başçımız Zəngəzurun icarə verildiyini bildirdi. Onun da icarə müddəti artıq tamam olur. Dünya praktikasında belə bir tendensiya var ki, icarəyə verilmiş torpaqlar müddət başa çatdıqda mülk sahibinə qaytarılmalıdır”. Bunu  açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

"Ötən il Azərbaycanın münaqişənin həlli ilə bağlı atdığı addımlar tarixi maksimuma çatdı" 

9 Yanvar 2017 13:14

"2016-cı ildə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan tərəfindən atılan addımlar tarixi maksimum səviyyəyə çatdı".