"İslam NATO"su Azərbaycana nə dərəcədə lazımdır?

Ümumiyyətlə, bu koalisiya Azərbaycana köklü şəkildə lazım deyil. Lakin müəyyən siyasi manevrlər baxımından İslam Əməkdaşlıq Təşkilatı kimi bu quruma da üzv olmaq ziyansızdır. Lakin bir şərtlə, Azərbaycan heç bir halda hərbi əməliyyatlarda birbaşa iştirak etməməli və Yaxın Şərqdəki qarmaqarışıqlıqda özünə düşmən qazanmamalıdır.

Ümumiyyətlə, bu koalisiya Azərbaycana köklü şəkildə lazım deyil. Lakin müəyyən siyasi manevrlər baxımından İslam Əməkdaşlıq Təşkilatı kimi bu quruma da üzv olmaq ziyansızdır. Lakin bir şərtlə, Azərbaycan heç bir halda hərbi əməliyyatlarda birbaşa iştirak etməməli və Yaxın Şərqdəki qarmaqarışıqlıqda özünə düşmən qazanmamalıdır.

Bunu hərbi-siyasi icmalçı Ramil Məmmədli Azərbaycanın "İslam NATO"su hesab edilən İslam Hərbi Koalisiyasına daxil olmasına dair yayılan informasiyalara münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, İslam Hərbi Koalisiyası 2005-ci ildə Malayziyanın baş naziri Mahatir Muhammad tərəfindən təklif olunan zaman, burada məqsəd müsəlman ölkələrinin hərbi-siyasi birliyi idi: "Ancaq qurum o vaxt yaradıla bilmədi. Çünki buna qərb - NATO razılıq verməmişdi. Səbəb müsəlman ölkələrinin hərbi-siyasi birliyinə imkan verməmək idi. Axı 2005-2015-ci illərdə inkişaf etməkdə olan və stabil müsəlman Şərqində müəyyən layihələr həyata keçirilməli idi. Bu tip hərbi-siyasi birlik isə müttəfiq ölkələrdə stabilliyi qoruya bilərdi. Nəhayət, koalisiya 2015-ci ilin dekabrın 15-də Səudiyyə Ərəbistanının təklifi ilə reallaşdı".

"Niyə məhz Səudiyyə Ərəbistanı burada flaqman ola bildi?" sualına icmalçı belə aydınlıq gətirib: "Səbəb aydındır. Çünki bunu Qərb, daha doğrusu, NATO istədi. Bu həmin vaxta təsadüf etdi ki, artıq müsəlman Şərqi parçalanmışdı, İŞİD və bu kimi islam adına iddia edən radikal-terrorçu qruplaşmalar böyük arealda uğur qazanmışdılar. Birinci məqsəd, bunları narahatlıqla qarşılayan digər müsəlman ölkələrini Qərbin bu bölgədə ən yaxın müttəfiqi olan Səudiyyə Ərəbistanının ətrafında toplamaq idi. Qərb buna da qismən nail olub.

Digər tərəfdən, koalisiya məzhəbi birlik kimi də tanınır. Daha doğrusu, yarandığı ilk gündən bu quruma "sünni birliyi" də deyirlər. Siyahıya nəzərə salanda və bu alyansın fəaliyyəti zamanı həyata keçirilən tədbirlərdən də bunu müşahidə etmək olar".

Lakin ekspert qey edib ki, bu koalisiya faktiki olaraq yaradıldığı son 1 il ərzində antiterror fəaliyyətində heç bir əsaslı irəliləyişə nail olmayıb: "Çünki qurumun yaradılmasında bayraqdar olan ölkə islam dünyasında məzhəbi ideologiyanın yayılmasında ən maraqlı olanlardandır və bu istiqamətdə də öz fəaliyyətini göstərir". Milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31