Ermənistanda müxalifətçi Areqa Hovsepyan Aİ-ni ölkədəki həbslərə göz yummaqda ittiham edib – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistanın "Güclü Ermənistan" müxalif fraksiyasının deputatı Areqa Hovsepyan Avropa İttifaqının nümayəndəliyi qarşısında keçirilən etiraz aksiyasında ölkədə müxalifətə mənsubluğun faktiki olaraq cinayət məsuliyyətinə çevrildiyini bildirib. 

Deputat Aİ nümayəndələrinin susqunluğunu ədalətsizlik adlandıraraq onları Ermənistanda demokratiyanın məhvinə və növbəti siyasətçinin həbsxanada ölümünə diqqət yetirməyə çağırıb. Hovsepyan vurğulayıb ki, Stepanavanda müxalif qüvvəni təmsil edən həmin şəxs yalnız fərqli siyasi baxışlarına görə həbsdə saxlanılırdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31