Bayram Səfərov: “Elə etməsinlər ki, hərəkətlərini özlərinə qaytaraq”

“Azərbaycanlı şəhid əsgərin cəsədinin qaytarılması ilə bağlı Azərbaycan dövləti işlərini davam etdirir”. Məlumata görə, bunu bu gün jurnalistlərə açıqlamasında Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov deyib.

"Azərbaycanlı şəhid əsgərin cəsədinin qaytarılması ilə bağlı Azərbaycan dövləti işlərini davam etdirir". Məlumata görə, bunu bu gün jurnalistlərə açıqlamasında Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov deyib.

İcma rəhbərinin sözlərinə görə, Dağlıq Qarabağın Azərbaycanlı İcması da heç bir zaman Azərbaycan dövlətindən böyük işlər görə bilməz: "Bizlər cənab Prezidentin rəhbərliyi altında görülən işlərin hamısına qoşuluruq və dəstək oluruq. Biz çox fəxr edirik ki, Ali Baş Komandanımız bütün bu proseslərə böyük diqqət yetirir. Ermənilər öz erməniliyini, məkrli niyyətlərini hər zaman olduğu kimi, yenə də sübut edir. Amma ermənilər düşünməlidirlər ki, onların meyyitləri bizdən daha çox olacaq. Onlar elə etməsinlər ki, öz hərəkətlərini özlərinə qaytaraq". Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31