Müxalifət partiyalarının qadağan olunması ilə bağlı iddianın baxılması davam etdirilir – ÖZƏL

Olaylar.az xəbər verir ki, Gürcüstan Konstitusiya Məhkəməsi "Gürcü Arzusu" deputatlarının beş müxalifət partiyasının ("Vahidlik - Milli Hərəkat", "Dəyişikliklər naminə Koalisiya", "Güclü Gürcüstan", "Federalistlər Partiyası" və "Qaxariya Gürcüstan naminə") qeyri-konstitusiya elan edilərək qadağan olunması barədə iddiası üzrə sual-cavab mərhələsini davam etdirir. Məhkəmənin sədri Revaz Nadarayanın bildirdiyinə görə, hakimlər 88 deputatın imzası və parlament komissiyasının rəyi əsasında qaldırılan iddia ilə bağlı iddiaçı tərəfə suallar ünvanlamağa davam edəcəklər. Oktyabrın 21-dən başlayan və 7 hakimdən ibarət plenum tərəfindən baxılan iş üzrə növbəti iclaslar noyabrın 12-si və 13-nə planlaşdırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31