Qərb, Dağlıq Qarabağ münaqişəsini arxa planda saxlamaqdadır

“Azərbaycanın qəbul olunmuş xarici siyasət və milli təhlükəsizlik konsepsiyasında ölkənin Avroatlantika məkanına inteqrasiyası başlıca pioritet elan edilib. Hazırda ölkəmiz balanslı siyasət aparmaqla, nə Avropa nə də Avrasiya ittifaqına inteqrasiyada maraqlı deyil”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib.

"Azərbaycanın qəbul olunmuş xarici siyasət və milli təhlükəsizlik konsepsiyasında ölkənin Avroatlantika məkanına inteqrasiyası başlıca pioritet elan edilib. Hazırda ölkəmiz balanslı siyasət aparmaqla, nə Avropa nə də Avrasiya ittifaqına inteqrasiyada maraqlı deyil". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O, bildirib ki, dünyada və yaxın regionda dərinləşən geosiyasi savaş Cənubi Qafqaz regionuna təsirini göstərməkdədir: "Regionun digər dövləti olan Gürcüstan strateji seçimini etməklə, xarici inteqrasiyasını Qərblə dərinləşdirməkdədir. Hətta Rusiyanın aqressiv və işğal siyasətinə baxmayaraq, avrointeqrasiya siyasətini uğurla davam etməkdədir. Regionda birbaşa təhlükəsizliyi təhdid edən, Azərbaycana qarşı işğalçı siyasət aparan Ermənistan isə, Rusiya əlaltısı olmaqla, Avrasiya İttifaqına inteqrasiya yolunu tutub. Avrasiya ittifaqına üzv olmaqla Ermənistan öz işğalçı siyasətini davam erdirir". Politoloq deyib ki, artan təhlükəsizlik riskləri, təhdidlər, Ermənistanın işğal faktoru, Rusiyanın artan aqressiyası Azərbaycanın artıq, Avrointeqrasiya prosesini sürətləndirməsini, islahatlara başlamasını labüd edir: "Hazırda Qərb, Azərbaycanın strateji seçim etməməsinə görə, Dağlıq Qarabağ münaqişəsini arxa planda saxlamaqdadır. Ötən ilin aprel ayında baş vermiş "dörd günlük" müharibə göstərdi ki, Yaxın Şərqdə gedən geosiyasi proseslər Cənubi Qafqazda münaqişələrə təsir etməkdədir. Və, hər hansı yeni bir qığılcım münaqişənin alovlanması və regionun qaynar fazaya keçməsi ilə nəticələnə bilər. 2017- ci il region üçün dəyişiliklər, həmçinin Dağlıq Qarabağ münaqişəsində hər hansı formada yenidən dönüş nöqtəsi olacaq. Regionda və dünyada dəyişən hərbi-siyasi situasiya münaqişənin həllini tələb edir. Çünki, bu münaqişə dondurulduqca, problemlər dərinləşir". Məhəmməd Əsədullazadə onu da deyib ki, bu il Azərbaycanın iştirakı ilə yeni siyasi ittifaqlar yaranacaq və bu münaqişənin həlli istiqamətində Azərbaycanın mövqeyin gücləndirəcək: "Ermınistanın arxalandığı Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) isə, Qazaxıstan və Belarusun fikir ayrılıqları nəticəsində regional əhəmiyyətini azaldacaq və parçalanmasını sürətləndirəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31