Region ölkələrinin hərbi itgiləri artıb

Keçən il cəbhə xəttində baş verən erməni təxribatı və bu təxribata qarşı Azərbaycan Silahlı Qüvvələrinin keçirdiyi uğurlu hərbi əməliyyatla da yadda qalan oldu. Uzun illər qələbə sevincinə həsrəd qalsaq da, güclü Azərbaycan Ordusu aprel ayında bu mifi tamamilə qıra, onu aradan qaldıra bildi. Beləliklə, Azərbaycan Silahlı Qüvvələri uzun illər erməni işğalı altında olan bir neçə strateji əhəmiyyətli yüksəkliyi azad edərək orada Azərbaycan bayrağını dalğalandırdı.

Erməni aqressiyası buna əsas səbəbdir

Keçən il cəbhə xəttində baş verən erməni təxribatı və bu təxribata qarşı Azərbaycan Silahlı Qüvvələrinin keçirdiyi uğurlu hərbi əməliyyatla da yadda qalan oldu. Uzun illər qələbə sevincinə həsrəd qalsaq da, güclü Azərbaycan Ordusu aprel ayında bu mifi tamamilə qıra, onu aradan qaldıra bildi. Beləliklə, Azərbaycan Silahlı Qüvvələri uzun illər erməni işğalı altında olan bir neçə strateji əhəmiyyətli yüksəkliyi azad edərək orada Azərbaycan bayrağını dalğalandırdı. Təbii ki, əldə edilmiş bu qələbə müəyyən mənada insan itkisi ilə nəticələndi və onlarla igid vətən oğlu döyüşlərdə qəhrəmancasına şəhid oldu. Eyni zamanda düşmən tərəfi də bu döyüşlərdən itgisiz çıxmadı. Məlumat üçün qeyd edək ki, "Xəzər" Hərbi Tədqiqatlar İnstitutunun (Caspian Defense Studies Institute - CDSI) Azərbaycan, Gürcüstan və Ermənistanın rəsmi qurumlarının məlumatları, Kütləvi İnformasiya Vasitələri üzərində apardığı monitorinqin nəticələrinə görə, 2016-cı ildə 3 ölkənin Təhlükəsizlik və Müdafiə sektorunda qeydə alınan itgilərlə bağlı hesabat hazırlayıb. Hesabatda qeyd edilir ki, hər üç ölkə ümumilikdə il ərzində 318 hərbi qulluqçusunu itirib. Onların 221 nəfəri atəşkəs pozuntusu (o cümlədən mina partlayışı), 97 nəfəri isə qeyri-döyüş itkiləridir. Döyüş itkiləri əsasən aprelin 2-5-də Azərbaycan və Ermənistan hərbi qüvvələrinin təmas xəttində aparılan hərbi əməliyyatlar zamanı ortaya çıxıb. Hesabatda o da qeyd edilir ki, aprelin 2-5-də baş verən hərbi əməliyyatlar zamanı Azərbaycan və Ermənistana aid xeyli sayda hərbi qulluqçu məhz mina partlayışından dünyasını dəyişib və ya yaralanıb. Bu istiqamətdə dəqiq, adlı məlumatları tam aydınlaşdırmaq mümkün olmayıb. Hələlik ortada bütün itkiləri əks etdirəcək rəsmi statistika yoxdur.

Azərbaycanın itgilərinə gəlincə mərkəz hesab edir ki, 2016-cı ildə Azərbaycanın Təhlükəsizlik və Müdafiə sektorunda 147 hərbi qulluqçu dünyasını dəyişib. Dünyasını dəyişənlərin 109 nəfəri döyüş, 38 nəfəri isə qeyri döyüş itkisidir. Silahlı Qüvvələrin 109 hərbi qulluqçusu cəbhə xəttində Ermənistan tərəfinin açdığı atəş nəticəsində həlak olub. Bəziləri mina partlayışından dünyasını dəyişib. Dünyasını dəyişənlərin 84 nəfəri əsgər, 18-i müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçu, 12 gizir, 33 nəfərsə zabit olub. Dünyasını dəyişənlərin 142 nəfəri Müdafiə Nazirliyinin, 2-i Daxili Qoşunların, 1-i Ədliyyə Nazirliyinin, 2-i isə Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları olublar. Ötən dövrdə ümumilikdə 60 hərbi qulluqçu yaralanıb və ya xəsarət alıb. 50 hərbçi erməni tərəfinin gülləsindən yaralanıb, 5 nəfər minaya düşüb. bundan başqa 2 hərbçi (MN və ƏN) avtoqəza nəticəsində xəsarət alıb, bir nəfərsə (DTX) təlim zamanı qumbara partlaması nəticəsində xəsarət alıb. Ötən dövrdə ən azı aprel ayı ərzində 18 dinc sakin həlak olub, 26 nəfər yaralanıb. Belə ki, Tərtərdə 16 nəfər, Ağdamda 2 dinc sakin erməni hərbi birləşmələrinin atəşi nəticəsində həlak olub. Tərtərdə 7 nəfər, Ağdamda isə 1 nəfər yaralanıb.

Mərkəzin hesabatında bildirilir ki, keçən il Ermənistan Silahlı Qüvvələrinin 165 hərbi qulluqçusu dünyasını dəyişib. Dünyasını dəyişənlərin 112-si döyüş, 53 nəfəri isə qeyri-döyüş itkisidir. 112 hərbçi Azərbaycan tərəfinin atəşindən, eyni zamanda mina partlayışından, 13 nəfərsə avtomobil qəzasından dünyasını dəyişib. Bundan başqa 12 nəfər intihar edib, 22 nəfər əsgər yoldaşı tərəfindən qətlə yetirilib. 4 nəfər isə bədbəxt hadisə, elektrik cərəyanı və naməlum səbəblər nəticəsində dünyasını dəyişib. 2 nəfər xəstəlik səbəbindən vəfat edib. Dünyasını dəyişənlərin 27-i zabit, 31 nəfəri müqaviləli əsgər, 107 nəfəri isə müddətli xidmət hərbi qulluqçusu olublar. Ölənlərin hamısı Ermənistan Müdafiə Nazirliyinin, o cümlədən Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisindəki hərbi birləşmələrin hərbi qulluqçuları olub. İnsidentlərin 122-si Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik rayonların ərazisində, 43-ü isə Ermənistan ərazisində baş verib. Ötən dövrdə Ermənistan Silahlı Qüvvələrinin 173 hərbi qulluqçusu yaralanıb və ya xəsarət alıb. 15 hərbi qulluqçu avtomobil qəzasında xəsarət alıb, 7 nəfər bədbəxt hadisədən. 151 əsgərsə cəbhə xəttində yaralanıb. 2016-cı il ərzində ümumilikdə 20-yə yaxın erməni könüllüsü cəbhə xəttində həlak olub, 15 könüllü yaralanıb.

Hesabatda qeyd olunur ki, il ərzində ən az itgi Gürcüstanda qeydə alınıb. Belə ki, müvafiq dövrdə Gürcüstan ordusunun 6 hərbi qulluqçusu dünyasını dəyişib. Bir nəfər H1N1 virusundan, 3 nəfər bədbəxt hadisədən, 2 nəfər avtomobil qəzasından dünyasını dəyişib. Onların 1 nəfəri mayor rütəsində, qalan 5 nəfəri isə əsgər olublar. Hamısı Müdafiə Nazirliyinin hərbi qulluqçularıdırlar.

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31