Rusiyanın Trampın prezident seçilməsinə yardımı olubmu?
Birləşmiş Ştatların sabiq prezidenti Barak Obamanın ölkəsində keçirilən son seçkilər və onun nəticələri ilə bağlı verdiyi sensassion açıqlama Donald Trampın prezidentliyi üçün ciddi təhlükə yaradıb. Belə ki, Obama iddia edib ki, prezident seçkilərində səslərin hesablanması prosesi zamanı Rusiya kiber hücum vasitəsilə səslərin Trampa hesablanmasına şərait yaradıb. Keçmiş Ağ Ev rəhbərinin belə bir iddiası Moskvada ciddi etirazla qarşılanıb. Eyni zamanda Obamanın açıqlamasının Trampın prezidentliyi üçün də təhlükə yarada biləcəyi istisna edilmir. Bəs görəsən bu nə dərəcədə mümkündür və Obamanın iddiası nə dərəcədə əsaslıdır?
9 Yanvar 2017 14:49 SiyasətArzu Nağıyev: "Obama Trampın gözlənilməz qələbəsini heç cürə qəbul edə bilmir"
Birləşmiş Ştatların sabiq prezidenti Barak Obamanın ölkəsində keçirilən son seçkilər və onun nəticələri ilə bağlı verdiyi sensassion açıqlama Donald Trampın prezidentliyi üçün ciddi təhlükə yaradıb. Belə ki, Obama iddia edib ki, prezident seçkilərində səslərin hesablanması prosesi zamanı Rusiya kiber hücum vasitəsilə səslərin Trampa hesablanmasına şərait yaradıb. Keçmiş Ağ Ev rəhbərinin belə bir iddiası Moskvada ciddi etirazla qarşılanıb. Eyni zamanda Obamanın açıqlamasının Trampın prezidentliyi üçün də təhlükə yarada biləcəyi istisna edilmir. Bəs görəsən bu nə dərəcədə mümkündür və Obamanın iddiası nə dərəcədə əsaslıdır?
Siyasi ekspert Arzu Nağıyev "OLAYLAR"-a bildirib ki, Obama bütün seçki kampaniyasında Hillari Klintonu dəstəkləməsinə baxmayaraq, Donald Trampın gözlənilməz qələbəsini heç cürə qəbul edə bilmir: "Çünki burada əsas məsələ Trampın bir fərd kimi qələbəsi deyil, Obama administrasiyasından narazı olan seçicilərin narazılıqları idi. Kiberhücumlara gələndə isə yenə də Assanj və Vikilieksdən istifadə bir daha texniki vasitələrin nə dərəcədə siyasətə təsirini və kəşfiyyat xidmətlərini rolunun önəmli olduğunu göstərmək üçündür. Müəyyən xaker hücumları ola bilər, lakin dünyanı texniki cəhətdən nəzarətdə saxlamağa malik olan ABŞ - a qarşı belə bir miqyasda Rusiyanın imkanlı olması heç də inandırıcı görünmür. Sadəcə olaraq Trampın Rusiya və Putinlıə bağlı verdiyi bəyanatlar belə bir nəticəyə gəlməyə səbəb oldu. Bundan başqa Rusiyaya qarşı sanksiyaların davam etdiriliməsi və kəşfiyyat orqanlarınını və diplomatların eksrtradisiyası üçün ABŞ bu arqumentdən istifadə etdi". Arzu Nağıyev Obamanın iddiasının Trampın prezidentlik postuna təsir göstərməyəcəyi qənaətindədir: "Məlumdur ki, deyilənlər öz təsdiqini tapmayacaq. Çünki belə məsələləri sübuta yetirmək həddən artıq çətindir. Bundan başqa hətta ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi müəyyən bir bəyanatla çıxış etsə də, konkret faktları ortaya qoyulmasında çətinliklər çəkir və ya belə bir faktları yoxdur. Bundan başqa artıq Trampın andiçmə mərasiminə bir neçə gün qalır və o, özünün gələcək administrasiyasının formalaşması ilə məşğuldur. Hər hansı bir digər problemlər olsa idi yəqin ki, bir səlahiyyətli komissiya yaradılardı və müəyyən araşdırmalar aparılardı. Bu isə baş vermir. Deməli, hər hansı nətiicə ləğvindən də söhbət getmir. Sadəcə olaraq Rusiya
ilə bağlı verilən bəyanatlar, (hətta məlumdur ki,Tramp da təkbaşına ABŞ-ın xarici siyasətini formalaşdırmır) Obama komandasını qane etmir ,məhz buna görə də müxtəlif bəyanatlarla çıxış edirlər".