Siyasət
Şura 2016-cı ilin yekunlarını müzakirə edib
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib. Şura sədri, millət vəkili Azay Quliyev iclası açaraq gündəliyə təklif olunan Şuranın 2016-cı ildəki fəaliyyətinə dair hesabat, dövlət büdcəsindən Şuraya 2017-ci ildə ayrılmış vəsaitin bölgüsü və Şuraya daxil olan layihələr barədə məsələni elan edib. Gündəlik yekdilliklə təsdiq olunub.
Azərbaycan diaspor təşkilatı etiraz bayanatı yayıb
İstanbul Türkiyə Azərbaycan Həmrəylik və Kültür Dərnəyi(İS-TAD)Türkiyə Böyük Millət Məclisində Türkiyə Konstitusiyası ilə bağlı müzakirələr zamanı qondarma 'erməni soyqırımı' iddialarını müdafiə edən erməni əsilli deputat Qaro Paylanla bağlı bəyanat yayıb. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a daxil olan bəyanatda deyilir ki, Qaro Paylan təxribatçıdır, onun səsləndiridiyi fikirlərhəqiqəti əks etdirmir, türklər tarixin heç bir mərhələsində soyqırımı törətməyib, əksinəyaşadıqları ərazilərdə tolerantlıq və sülhün,birgəyaşayışprinsiplərinin təminatçısı olublar.
AXCP-dəki gərginlik Əli Kərimlini dalana dirəyib TƏRS BAXIŞ
AXCP daxailində cərəyan edən gərginliklər sədr Əli Kərimlini ciddi şəkildə dalana dirəyib. Belə ki, “Azadlıq” qəzetinin Fransada yaşayan baş redaktoru Qənimət Zahidin ABŞ-ın erməni lobbisinə yaxın fondları tərəfindən qəzetə ayrılmış maddi vəsaitləri mənimsəməsinin ardınca, partiya sədrinin çətin durumda qalması təsdiqini tapır. Daha dəqiq desək, əldə edəcəyi gəlirin (söhbət on minlərlə avrodan gedir-R.N.) bir hissəsini şəxsi məqsədlərinə yönəldəcəyi planlarında iflasa uğrayan Ə.Kərimli ən yaxın adamı hesab olunan Q.Zahid tərəfindən “qurşaqaltı zərbəyə” məruz qaldıqdan sonra onun partiyadaxili nüfuzu da sıfıra enib.
Türkiyədəki azərbaycanlılardan etiraz: Bu, yolverilməzdir!
İstanbul Türkiyə-Azərbaycan Həmrəylik və Kültür Dərnəyi (İS-TAD) Türkiyə Böyük Millət Məclisində Türkiyə Konstitusiyası ilə bağlı müzakirələr zamanı qondarma "erməni soyqırımı" iddialarını müdafiə edən erməni əsilli deputat Qaro Paylanla bağlı bəyanat yayıb.
Maralgöldə təbiətə qarşı qanunazidd münasibət göstərənlər cərimələndi
Göygöl Milli Parkının Maralgöl ərazisində 3 yanvar 2017-ci il tarixində müvafiq qayda və qanunları pozan şəxslərin sosial şəbəkə vasitəsi ilə yayılan görüntüləri dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən təhlil edilib və qanunu pozan 7 nəfərdən ibarət qrupun dairəsi tam müəyyən olunaraq şəxsiyyətləri dəqiqləşdirilib.
Astana görüşünün razılığını Ağ Ev verib?
Hazırda dünyanın əsas diqqət mərkəzi Qazaxıstan paytaxtına yönəlib. Səbəb bir neçə ildir ki, davam edən Suriya probleminin həlli istiqamətində Astana baş tutacaq görüşdür. Əsas etibarilə Rusiya-Türkiyə formatı və Suriya daxilindəki maraqlı tərəflərin iştirakı ilə baş tutacaq Astana görüşünə böyük ümidlər var. Əksəriyyət ekspert və analitiklər hesab edirlər ki, Astana görüşü ilə Suriya probleminin həllində dönüş ola bilər. Təşkilatçılardan həm Türkiyə, həm də Rusiyanın nəticə əldə etmək uğrunda göstərdiyi cəhd və əldə edilən ümumi razılıq, eləcə də Əsəd hakimiyyətinin də bu görüşün baş tutmasında maraqlı olması tezliklə Suriya probleminin aradan qaldırılacağına olan ümidləri artırır. Ancaq Astana görüşündən istənilən nəticənin əldə ediləcəyinə şübhələr də var. Bunun başlıca səbəbi isə Qərbin, Birləşmiş Ştatların Suriya probleminin həlli istiqamətində keçiriləcək görüşdə iştirakçı olmamasıdır. Bu səbəbdən birmənalı olaraq vurğulanır ki, Astanada hər hansı bir razılığın əldə edilməsindən asılı olmayaraq Qərb və Birləşmiş Ştatlar həmin razılaşmanı tanımayacaq. Hətta qeyd edilən görüşdə Bəşər Əsədin istefa verdiyi barədə bəyanat səsləndirilsə belə, ikincilər bununla razılaşmayacaqlar. Səbəb Suriya probleminin Qərb və Birləşmiş Ştatlar deyil, Rusiyanın əli ilə həll olunmasıdır. Hətta Astana görüşündə hər hansı bir razılaşma əldə ediləs belə, qəsa müddət ərzində Qərb və Birləşmiş Ştatlar həmin razılaşmanın pozulmasına nail olacaq. Ancaq bəzi ekspertlər isə hesab edirlər ki, əslində Astana görüşünə razılıq verən tərəflərdən biri də məhz elə Birləşmiş Ştatların özüdür. Belə ki, yeni Ağ Ev administrasiyasının Obama hakimiyyətindən fərqli olaraq Rusiya ilə bir qədər isti münasibətlərə meyil göstərməsi belə bir qənaət yaradıb ki, Moskva Ankara ilə yanaşı Vaşinqtonla da Suriya problemi ilə bağlı məsələləri müzakirə edərək müəyyən detalları razılaşdırıb.
Politoloq: “Ermənilərdən insanlıq gözləmək çətin məsələdir”- MÖVQE
“Hərbi əsirlər və əsgərlərlə bağlı beynəlxalq konvensiya var ki, ona uyğun olaraq ölən əsgərin nəşi geri qaytarılmalıdır. Lakin Ermənistan buna əməl etmir”. Bunu politoloq Cümşüd Nuriyev deyib.
Sərkisyanın aprel həyəcanı
Keçən ilin sonlarından etibarən Ermənistan tərəfi cəbhə xəttində yenidən təxribatlara əl atıb və vəziyyəti gərginləşdirməyə çalışır. Artıq demək olar ki, hər gün təmas xəttində erməni təxribatları baş verir. Həftə sonu yenidən Ermənistan tərəfi cəbhə xəttində vəziyyəti yenidən gərginləşdirmək məqsədilə iriçaplı ağır silahlar tətbiq edib. Belə ki, yanvarın 15-i axşam saatlarından başlayaraq gecəyədək erməni silahlı bölmələri 60, 82 və 120 millimetrlik minaatanlardan da istifadə etməklə cəbhənin Tərtər-Ağdam istiqamətində Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Düşmən tərəfinin aktivliyinin qarşısının alınması məqsədilə Azərbaycan Silahlı Qüvvələri adekvat cavab tədbirləri həyata keçirərək onu susdurub. Bir neçə gün əvvəl isə ermənilər tərəfindən mövqelərimizin atəşə tutulmasına qarşı cavab tədbirləri görülərkən düşmən atəşindən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu Bəşirov Fikrət Nurşiravan oğlu şəhid olub. Həmçinin həmin ərəfədə Ermənilər tərəfindən kustar üsulla hazırlanan partlayıcı qurğu yanvarın 12-də dövlət sərhədinin Tovuz rayonu sahəsində, qoşunların qarşıdurma xəttinə yaxın əraziyə PUA vasitəsilə atılıb. Partlayıcı qurğunun zərərsizləşdirildikdən sonra ilkin öyrənilməsi zamanı bu vasitənin elektrik detonatoru, detonasiya qaytanı, çoxlu sayda metal qəlpələr və qurğunun işə salınması üçün batareyalardan ibarət olduğu müəyyən edilib.
Qarabağda “ikinci aprel”: Ermənistanda müharibə qorxusu
“Dağlıq Qarabağ münaqişəsi zonasında 2016-cı ilin aprelində olduğu kimi, yeni müharibə mümkündür”.
Nazirlik NARAHATDIR - Sürüşmə sahəsində hələ də evlər tikilir
Nə qədər maarifləndirmə işləri aparılsa da, əhalini bu prosesdən xəbərdar etsək də, Zığ sürüşmə sahəsində hələ də evlər tikilir.
Siyasəti unudan siyasilər
Son günlərin ən diqqət çəkən məqamlarından biri də siyasilər arasında tarixi mövzularda baş verən mübahisələr və bu mübahisələrin tədricən gərgin xarakter alaraq qarşılıqlı təhqirlərə keçməsidir. Ənənəvi olaraq bu cür xoşagəlməz hadisə yenə də müxalif siyasi partiyaların rəhbər şəxsləri arasında gedir. Məlumat üçün qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ilə Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa arasında müşahidə edilən bir mübahisəyə VİP sədri Əli Əliyev də qoşulub. Sonuncu bu günlərdə Fazil Mustafa barədə qələmə aldığı fikirlərində millət vəkilinin hələ radikal düşərgədə olarkən mvcud hakimiyyət, ümummilli lider Heydər Əliyev barədə işlətdiyi ifadələri də qabardaraq Fazil Mustafanın səmimiliyinə şübhə ilə yanaşdığını vurğulayıb. Təbii ki, keçmişin bu cür vərəqlənməsi millət vəkilini ciddi narahat etdiyi üçün o, da cavab haqqından istifadə edərək qarşı tərəfi bir sıra məsələlərdə qınayıb. Fazil Mustafa qeyd edib ki, yazıda Əli Əliyev tərəfindən xeyli mənəvi tövsiyyələr yer aldığına görə, , bəzi detallara qısa aydınlıq gətirmək məcburiyyətində qalıb: “Tarixə baxış mövzusuna toxunmayacağam, öz fikirlərimin doğruluğuna inandığıma görə, başqa fikirlərə qarşı da hansısa mənfi kompleks daşıyıcısı deyiləm və məsələyə sırf fikir plüralizmi nöqteyi-nəzərindən yanaşıram. Keçmişdə yazdığım bütün yazılarıma da sahib çıxıram və onlara da tənqidi yanaşmağı bacarıram.
Arzu Nağıyev: “Artıq dünya ictimaiyyəti də erməni terrorunu dərk etməyə başlayır"
“Erməni terrorundan yalnız Azərbaycan deyil, dünyanın bir çox ölkələri əziyyət çəkirlər. Rusiyalı politoloq Oleq Kuznetsov tərəfindən təklif olunan petisiyada erməni terrorçuların Ermənistan məhkəmələri tərəfindən cəzalandırılması haqda məlumatların yalan olduğu, həmin cinayətkarların azadlıqda olması faktının yenidən araşdırılmasının vacibliyi də bildirilir”. Bunu politoloq Arzu Nağıyev deyib.
Politoloq: “Ermənistan torpaqları qaytarılmağa təhrik edilməlidir”
“Artıq 2017-ci ildir və çox təəsüflər olsun ki, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmayıb. Münaqişənin öz həllini tapmaması, münaqişənin status – kvosunun dəyişməməsi Ermənistan tərəfinin lehinə olan vəziyyətdir. Ermənilər danışıqların uzadılması ilə illərdi ki, məşquldurlar. Eyni zamanda aprel hadisələri göstərdi ki, münaqişə istənilən vaxt alovlana bilər. Bu isə, təkcə Cənubi Qafqaz dövlətləri üçün yox, eyni zamanda bütün regional dövlətlər üçün də olduqca təhlükəlidir. Burada hətta region dövlətlərinin ərazi bütövlüklərinin pozulmasından da söhbət gedə bilər”. Bunu politoloq Zaur Məmmədov deyib.
“İsa Qəmbər “böhrandan çıxış yolunu” bilirsə, niyə Müsavat partiyası 3 yerə parçalandı? “
“Biz əminik ki, İlham Əliyev hakimiyyətinin, ordakı bolşevik təfəkkürlü insanların ölkəni saldığı bəlalı vəziyyətdən çıxış yolu var. İlham Əliyev də vəziyyətdən necə çıxmaq barədə düşünür.














