Sərkisyanın aprel həyəcanı
Keçən ilin sonlarından etibarən Ermənistan tərəfi cəbhə xəttində yenidən təxribatlara əl atıb və vəziyyəti gərginləşdirməyə çalışır. Artıq demək olar ki, hər gün təmas xəttində erməni təxribatları baş verir. Həftə sonu yenidən Ermənistan tərəfi cəbhə xəttində vəziyyəti yenidən gərginləşdirmək məqsədilə iriçaplı ağır silahlar tətbiq edib. Belə ki, yanvarın 15-i axşam saatlarından başlayaraq gecəyədək erməni silahlı bölmələri 60, 82 və 120 millimetrlik minaatanlardan da istifadə etməklə cəbhənin Tərtər-Ağdam istiqamətində Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Düşmən tərəfinin aktivliyinin qarşısının alınması məqsədilə Azərbaycan Silahlı Qüvvələri adekvat cavab tədbirləri həyata keçirərək onu susdurub. Bir neçə gün əvvəl isə ermənilər tərəfindən mövqelərimizin atəşə tutulmasına qarşı cavab tədbirləri görülərkən düşmən atəşindən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu Bəşirov Fikrət Nurşiravan oğlu şəhid olub. Həmçinin həmin ərəfədə Ermənilər tərəfindən kustar üsulla hazırlanan partlayıcı qurğu yanvarın 12-də dövlət sərhədinin Tovuz rayonu sahəsində, qoşunların qarşıdurma xəttinə yaxın əraziyə PUA vasitəsilə atılıb. Partlayıcı qurğunun zərərsizləşdirildikdən sonra ilkin öyrənilməsi zamanı bu vasitənin elektrik detonatoru, detonasiya qaytanı, çoxlu sayda metal qəlpələr və qurğunun işə salınması üçün batareyalardan ibarət olduğu müəyyən edilib.
16 Yanvar 2017 14:20 SiyasətKeçən ilin aprelindəki hərbi uğursuzluq siyasi sahədə də təkrarlana bilər
Keçən ilin sonlarından etibarən Ermənistan tərəfi cəbhə xəttində yenidən təxribatlara əl atıb və vəziyyəti gərginləşdirməyə çalışır. Artıq demək olar ki, hər gün təmas xəttində erməni təxribatları baş verir. Həftə sonu yenidən Ermənistan tərəfi cəbhə xəttində vəziyyəti yenidən gərginləşdirmək məqsədilə iriçaplı ağır silahlar tətbiq edib. Belə ki, yanvarın 15-i axşam saatlarından başlayaraq gecəyədək erməni silahlı bölmələri 60, 82 və 120 millimetrlik minaatanlardan da istifadə etməklə cəbhənin Tərtər-Ağdam istiqamətində Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Düşmən tərəfinin aktivliyinin qarşısının alınması məqsədilə Azərbaycan Silahlı Qüvvələri adekvat cavab tədbirləri həyata keçirərək onu susdurub. Bir neçə gün əvvəl isə ermənilər tərəfindən mövqelərimizin atəşə tutulmasına qarşı cavab tədbirləri görülərkən düşmən atəşindən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu Bəşirov Fikrət Nurşiravan oğlu şəhid olub. Həmçinin həmin ərəfədə Ermənilər tərəfindən kustar üsulla hazırlanan partlayıcı qurğu yanvarın 12-də dövlət sərhədinin Tovuz rayonu sahəsində, qoşunların qarşıdurma xəttinə yaxın əraziyə PUA vasitəsilə atılıb. Partlayıcı qurğunun zərərsizləşdirildikdən sonra ilkin öyrənilməsi zamanı bu vasitənin elektrik detonatoru, detonasiya qaytanı, çoxlu sayda metal qəlpələr və qurğunun işə salınması üçün batareyalardan ibarət olduğu müəyyən edilib. Beynəlxalq normativ hüquqi qaydalarla istifadəsi qadağan olunan bu cür vasitələrin Ermənistan tərəfindən, xüsusilə Azərbaycan-Ermənistan dövlət sərhədində məqsədyönlü şəkildə tətbiqi vəziyyəti gərginləşdirmək, Azərbaycanı cavab tədbirləri görməyə təhrik etmək və bununla da təmsil olunduğu hərbi-siyasi blokun digər üzvlərinin diqqətini növbəti dəfə cidd-cəhdlə münaqişəyə cəlb etmək məqsədini güdür. Bəs görəsən düşmən tərəfinin cəbhə xəttində vəziyyəti gərginləşdirməkdə əsas məqsədi nədir və bu kimi hallar nəyə xidmət edir?
Cənubi Qafqaz Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Ermənistanın cəbhə bölgəsində yenidən təxribatı və atəşkəsi mütəmadi pozması, vəziyyəti gərginləşdirməyə və danışıqlardan yayınmağa hesablanıb. Onun sözlərinə görə, Həmçinin Ermənistanda aprel ayında keçiriləcək parlament seçkiləri ərəfəsində, erməni ictimai auditoriyasını cəbhədə gərginliyə yönləndirməklə, Serj Sərkisyan hakimiyyəti seçkilərdə öz qələbəsini təmin etməyə çalışır: "Aprel seçkiləri, Ermənistanda "Qarabağ klanı" ilə yerli ermənilər arasında mübarizə müstəvisində keçəcək. Buna görə də Serj Sərkisyan hakimiyyəti, hər vəchlə cəbhədə vəziyyəti gərginləşdirməyə çalışır. Əgər Ermənistan, Azərbaycanla dövlət sərhəddində və işğal etdiyi ərazilərdə kəşfiyyat diversiya fəaliyyətini davam etdirərsə, Azərbaycanın sərt reaksiyası ilə üzləşəcək və düşmən ölkənin adekvat cavabı veriləcək. Hazırda Azərbaycan , son aylar Türkiyə-Rusiya yaxın əlaqələrindən Suriya üzrə iki ölkənin müəyyən razılaşmasını gözləyir. Çünki Türkiyə, Rusiya ilə Suriyada müəyyən müsbət bir nəticəyə gəldikdən sonra, Qarabağ münaqişəsini Rusiya ilə müzakirəyə çıxaracaq. Türkiyə daima bunu vurğulayıb və Qafqazda münaqişələrin həllini Rusiya ilə birgə həllinə çalışır. Qeyd edim ki, tərəflər arasında son iki- üç ayda danışıqlar prosesi aparılmasa, Ermənistanın cəbhədə və sərhəddə təxribatı davam edəcəksə, Azərbaycan işğalçıya güc tətbiq etməli olacaq. Beynəlxalq hüquq da buna tam icazə verir". Politoloq deyir ki, miqyasına görə, yeni müharibə tək işğal olunmuş ərazilərdə aparılmayacaq: "Eyni zamanda Ermənistan Tovuz istiqamətində Azərbaycan ərazilərini atəşə tutacaqsa, Naxçıvan ərazisindən düşmənə sərt zərbələr endirilə bilər. Naxçıvanda Azərbaycan çox güclü artilleriya kompleksləri həmçinin " Qasırğa" raket sistemləri yerləşdirilib. Bundan sonra Rusiya və Qərb prosesə ədalətli yanaşacaq. Konflikt Rusiyanın inhisarında qalmaqla həlli mümkün görünmür". Məhəmməd Əsədullazadə Astana görüşünün gələcəkdə Qarabağ probleminin həllinə də əsilə oacağı qənaətindədir. Onun sözlərinə görə, bu gün Suriya problemini bir arada həll edən Türkiyə və Rusiya, yaxın gələcəkdə digər regional münaqişələr, eləcə də Dağlıq Qarabağ probleminin həllində anoloji addım ata bilərlər: "Rusiya və Türkiyənin aktiv iştirakı ilə Astanada keçiriləcək Suriya üzrə sülh danışıqlarında müsbət irəliləyişlər əldə olunanarsa, Rusiya və Türkiyənin strateji tərəfdaşlığı daha da inkişaf edəcək. Bu iki ölkənin strateji yaxınlaşması, regionda həllini tapmamış digər münaqişlərin həllinə də yol aça bilər. İki ölkənin iştirakı ilə Suriya münaqişəsi üzrə əldə olunacaq mümkün razılaşma və sülh Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Türkiyənin rolunu daha da artıracaq. Türkiyə Rusiyadan daima münaqişənin həllində müsbət irəlləyişin olmasını istəyir". Politoloq deyir ki, Ankara və Moskva tarixdə olmayacaq qədər bu qədər yaxınlaşıblar: "Beynəlxalq bir problem olan Suriya münaqişəsini birgə əməkdaşlıqla həllini üzərlərinə götürüblər. Əgər Astanada danışıqlar prosesi müsbət həllə doğru irəlləyəcəksə, Türkiyə, Rusiya ilə Qarabağ münaqişəsinin nizamlanmasında birgə işləyə bilər. Suriya üzrə iki ölkənin ortaq mövqeyi və problemin həllinə çalışması, Qarabağ münaqişəsi üçün president ola bilər. Əgər, Rusiya buna gedərsə, Türkiyə ilə birgə nizamlanmanı aparacaqsa, ABŞ və Avropanı prosesdən uzaqlaşdıra bilər. Həmçinin "Minsk qrupunun" fəaliyyətinə ehtiyac olmaz. Ona görə də bu gün Türkiyənin Cənubi Qafqaz siyasəti geostrateji baxımından mühüm əhəmiyyət kəsb edir. Və, Ankara maraqlıdır ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılsın. Artıq, Dağlıq Qarabağ münaqişəsi ciddiyyətini qoruyur. Rəsmi Kreml də bunun fərqindədir. Görünür Qarabağ üzrə Türkiyənin mövqeyi yenidən aktuallaşacaq və Rusiya ilə bu istiqamətdə fəal çalışacaq".
Süleyman İsmayılbəyli