Siyasət
"Dağlıq Qarabağda insidentlərin araşdırılması ilə bağlı ATƏT daxilində konsensus yoxdur"
"Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi şərti və işğal olunmuş ərazilərin sülh yolu ilə azad olunması tələbi hər zaman qüvvədə qalır".
MTRŞ: Teleradio yayımçılarına verilmiş lisenziyalar müddətsiz hesab olunub
““Mədəniyyət” telekanalı, Araz FM radiosu və yerdə qalan bütün teleradio yayımçılarına verilmiş xüsusi razılıq (lisenziya) sənədləri müddətsiz hesab edilib”. Bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov deyib.
"Azərbaycanda penitensiar islahatlara əlavə dəstək" layihəsinin təqaimatı olub
Bakıda Avropa İttifaqının və Avropa Şurasının "Azərbaycanda penitensiar islahatlara əlavə dəstək" layihəsinin təqaimat mərasimi keçirilib. “Olaylar” xəbər verir ki, tədbirdə dövlət qurumlarının, vətəndaş cəmiyyətinin, diplomatik korpusların, beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
"Human Rights Watch" kimi təşkilatlar heç zaman obyektiv ola bilməzlər"
"Human Rights Watch" təşkilatının Azərbaycanın daxili məsələləri ilə bağlı hər zaman ikili standart münasibəti hər zaman özünün göstərir”. Bunu “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev adıçəkilən təşkilatın ölkəmizlə bağlı yaydığı növbəti hesabatına münasibətini bildirərkən deyib.
Azərbaycan Prezidentinin Davosda 30-a yaxın görüşü olacaq
"Azərbaycan Prezidenti İlham Əliyevin Davosda 30-a yaxın görüşü olacaq. Bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov "Facebook" səhifəsində qeyd edib.
Sergey Lavrov Dağlıq Qarabağa qanunsuz səfər edən blogerin saxlanılmasına münasibət bildirib
“Biz istənilən jurnalist və şəxsin dünyanın istənilən yerində hər hansı yeri ziyarət etməsini kriminallaşdırılmasının və cinayət məsuliyyətinə cəlb edilməsinin əleyhinəyik”. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada keçirdiyi mətbuat konfransında bloger Aleksandr Lapşinin Azərbaycanın sorğusu əsasında Belarusda saxlanması məsələsinə münasibət bildirərkən deyib.
Amerika və Rusiya ordusu dənizdə üz-üzə gəldi - MÜHARİBƏ BAŞLAYIR - FOTO
Azərbaycan prezidenti Davosda Norveçin xarici işlər naziri ilə görüşüb
Azərbaycan prezidenti İlham Əliyev yanvarın 17-də Davosda Norveç Krallığının xarici işlər naziri Borge Brende ilə görüşüb. Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb. Apa.az
Azərbaycanın xarici siyasətində hər hansı istiqamətdə inteqrasiya nəzərdə tutulmayıb
Bunu Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdir müavini Ərəstu Həbibbəyli “Azərbaycan” qəzetində dərc edilən “2017-ci ildə Azərbaycanın xarici siyasətinin yeni üfüqləri” başlıqlı məqaləsində bildirib.
Azərbaycanla Avropa İttifaqı arasında danışıqlar başlayacaq
"Azərbaycanla Avropa İttifaqı arasında yeni razılaşma üzrə danışıqların bir neçə həftə sonra başlaması gözlənilir".
Ermənilər snayperlərdən istifadə edir
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 44 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex, Barekamavan kəndlərində və İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə, Mosesqex, Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Əlibəyli, Ağbulaq kəndlərində və adsız yüsəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər kəndində yerləşən mövqelərimiz atəşə tutulub.














