Azərbaycanla Avropa İttifaqı arasında danışıqlar başlayacaq

"Azərbaycanla Avropa İttifaqı arasında yeni razılaşma üzrə danışıqların bir neçə həftə sonra başlaması gözlənilir".

"Azərbaycanla Avropa İttifaqı arasında yeni razılaşma üzrə danışıqların bir neçə həftə sonra başlaması gözlənilir". Bu sözləri Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard deyib. O bildirib ki, bu məqsədlə Brüsseldə hazırlıqlar başlayıb: "Bizim Avropa İttifaqı ilə Azərbaycan arasında yeni hüquqi baza üzrə bir sıra sahələri müzakirə etmək fikrimiz var. Buraya iqtisadiyyat, ticarət, insan haqları və digərləri daxildir. Görüşün Brüsseldə keçirilməsi planlaşdırılır". Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31