Yeni il gecəsi Türkiyəni yasa batıran TERROÇU TUTULDU - FOTO/VİDEO

  • anvar 2017 01:58
  • 432 Baxış
  •  
  •  
  •  
  •  
  •  

Türkiyənin İstanbul şəhərində yanvarın 1-ə keçən gecə "Reina" gecə klubunda terror aktı törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Publika.az "Milliyet"-ə istinadən verdiyi xəbərə görə, "Əbu Muhammed Xorasani" kod adlı terrorçu Abdulkadir Maşaripov əməliyyat-axtarış tədbirləri nəticəsində Esenyurt rayonunda yaxalandığı bildirilir. Onunla birgə daha 3 nəfər tutulub.

Məlumata görə, səhər saatlarında terrorçunun yaxalanması ilə əlaqədar rəsmi açıqlama veriləcək.

Qeyd edək ki, Yeni il gecəsi naməlum şəxsin İstanbulun Ortaköy rayonunda yerləşən "Reina" gecə klubuna etdiyi hücum nəticəsində 16 nəfər əcnəbi olmaqla, ümumilikdə 39 insan ölüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31