Azərbaycan Prezidentinin Davosda 30-a yaxın görüşü olacaq
"Azərbaycan Prezidenti İlham Əliyevin Davosda 30-a yaxın görüşü olacaq. Bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov "Facebook" səhifəsində qeyd edib.
17 Yanvar 2017 12:43 Siyasət"Azərbaycan Prezidenti İlham Əliyevin Davosda 30-a yaxın görüşü olacaq. Bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov "Facebook" səhifəsində qeyd edib.
"Dünya İqtisadi Forumu Davosda 47-ci toplantısına başladı. Prezident İlham Əliyev ilk gündən görüşlər keçirir və tədbirlərdə iştirak edir. Dövlətimizin başçısının 30-a yaxın görüşü olacaq. Dünya İqtisadi Forumunun əsas qonaqlarından biri Çin Xalq Respublikasının sədridir. Qərb liderlərinin az iştirakı fonunda bu, diqqəti daha çox cəlb edir"- deyə, PA rəsmisi əlavə edib. Sia.az