Astana görüşünün razılığını Ağ Ev verib?

Hazırda dünyanın əsas diqqət mərkəzi Qazaxıstan paytaxtına yönəlib. Səbəb bir neçə ildir ki, davam edən Suriya probleminin həlli istiqamətində Astana baş tutacaq görüşdür. Əsas etibarilə Rusiya-Türkiyə formatı və Suriya daxilindəki maraqlı tərəflərin iştirakı ilə baş tutacaq Astana görüşünə böyük ümidlər var. Əksəriyyət ekspert və analitiklər hesab edirlər ki, Astana görüşü ilə Suriya probleminin həllində dönüş ola bilər. Təşkilatçılardan həm Türkiyə, həm də Rusiyanın nəticə əldə etmək uğrunda göstərdiyi cəhd və əldə edilən ümumi razılıq, eləcə də Əsəd hakimiyyətinin də bu görüşün baş tutmasında maraqlı olması tezliklə Suriya probleminin aradan qaldırılacağına olan ümidləri artırır. Ancaq Astana görüşündən istənilən nəticənin əldə ediləcəyinə şübhələr də var. Bunun başlıca səbəbi isə Qərbin, Birləşmiş Ştatların Suriya probleminin həlli istiqamətində keçiriləcək görüşdə iştirakçı olmamasıdır. Bu səbəbdən birmənalı olaraq vurğulanır ki, Astanada hər hansı bir razılığın əldə edilməsindən asılı olmayaraq Qərb və Birləşmiş Ştatlar həmin razılaşmanı tanımayacaq. Hətta qeyd edilən görüşdə Bəşər Əsədin istefa verdiyi barədə bəyanat səsləndirilsə belə, ikincilər bununla razılaşmayacaqlar. Səbəb Suriya probleminin Qərb və Birləşmiş Ştatlar deyil, Rusiyanın əli ilə həll olunmasıdır. Hətta Astana görüşündə hər hansı bir razılaşma əldə ediləs belə, qəsa müddət ərzində Qərb və Birləşmiş Ştatlar həmin razılaşmanın pozulmasına nail olacaq. Ancaq bəzi ekspertlər isə hesab edirlər ki, əslində Astana görüşünə razılıq verən tərəflərdən biri də məhz elə Birləşmiş Ştatların özüdür. Belə ki, yeni Ağ Ev administrasiyasının Obama hakimiyyətindən fərqli olaraq Rusiya ilə bir qədər isti münasibətlərə meyil göstərməsi belə bir qənaət yaradıb ki, Moskva Ankara ilə yanaşı Vaşinqtonla da Suriya problemi ilə bağlı məsələləri müzakirə edərək müəyyən detalları razılaşdırıb.

Tramp da Suriya probleminin həllində maraqlıdır

"Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu hesab edir ki, Qazaxıstan paytaxtı Astanada Rusiya ilə Türkiyə arasında Suriya görüşmələrinin yanvarın 23-də təşkil olunmasının Birləşmiş Ştatlarla da əlaqəsi də var. Onun szlərinə görə, yeni Amerika prezidenti Donald Trampın andiçmə mərasimi yanvarın 20-də olacaq və 3 gün sonra isə Astanada zirvə görüşü keçiriləcək: "Ankara və Moskva Astana görüşünə Amerikanı da dəvət edəcəklər. Bu bir növü yeni prezident Donald Trampa "bizimlə ol" çağırışıdır. Tramp elə əvvəldən beynəlxalq terrorçulara qarşı mübarizədə Rusiya ilə əməkdaşlığa çalışacağını bəyan edib. İndi isə Moskva Ankara ilə birgə Trampa bu şəraiti yaratmaq istəyir. Əlbəttə, Donald Tramp Astanaya gedəsi deyil, ancaq nümayəndəsini həmin görüşə göndərə bilər. Sadəcə, Vaşinqton üçün bir problem var, Astanadakı zirvəyə İran prezidenti də qatılacaq, Donald Trampın isə Tehran rejimi ilə arası yoxdur və o, keçmiş Ağ Ev rəhbəri Barak Obamanın İranla nüvə anlaşmasının əleyhinədir".

"Oğuz" Müstəqil Araşdırmalar Qrupunun rəhbəri, politoloq Vüqar Zifəroğlu isə deyir ki, Birləşmiş Ştatların hazırkı məqamda bölgədəki maraqlarını Rusiya və ya İranla nə dərəcədə uzlaşdırmağa meyilli olması bir qədər mübahisəlidir. Onun sözlərinə görə, Suiya böhranının həlli üçün atılan istənilən addım təqdir

olunmalıdır və beynəlxalq ictimaiyyət bu cür görüşlərə hər zaman ümidlə yanaşır: "Bu baxımdan Astana görüşünün formatı maraqlıdır. Lakin Suriya bölgədə iştirak edən güclərin maraqlarının ən kəskin şəkildə toqquşduğu nöqtədir. ABŞ-ın hazırkı məqamda bölgədəki maraqlarını Rusiya və ya İranla nə dərəcədə uzlaşdırmağa meylli olması bir qədər mübahisəlidir. Suriya məsələsində ortaq mövqeyə gəlmək ilk növbədə ona görə çətindir ki, hər bir qüvvə öz maraqlarının müdafiəçisi qismində dəstəklədiyi qruplaşmaların daha öndə və danışıqlarda əsas tərəf olaraq iştirakına, hətta digər qüvvələr tərəfindən legitim qəbul edilməsinə çalışır. Diqqət edin, ABŞ son dərəcə absurd bir açıqlama yaydı ki, PKK terror təşkilatıdır, PYD isə yox. Halbuki Türkiyə üçün bu yanaşma qəbuledilməzdir. Əgər İran üçün Haşdi-Şaabi qruplaşması şiə militanlarıdırsa, Səudiyyə üçün bu qruplaşma terror təşkilatıdır. Yəni bu kimi ayrıntılar onsuz da mürəkkəb olan vəziyyəti daha da çətinləşdirir". Vüqar Zifərioğlu baş verənlərin fonunda Astanada Suriya ilə bağlı ciddi və davamlı razılığın olacağına inanmadığını deyib: "Müvəqqəti, lokal xarakterli hər hansı razılaşmalar əldə edilə bilər, lakin bunun uzunmüddətli və davamlı olacağı şübhəlidir".

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31