“İsa Qəmbər “böhrandan çıxış yolunu” bilirsə, niyə Müsavat partiyası 3 yerə parçalandı? “
“Biz əminik ki, İlham Əliyev hakimiyyətinin, ordakı bolşevik təfəkkürlü insanların ölkəni saldığı bəlalı vəziyyətdən çıxış yolu var. İlham Əliyev də vəziyyətdən necə çıxmaq barədə düşünür.
16 Yanvar 2017 12:52 Siyasət"Biz əminik ki, İlham Əliyev hakimiyyətinin, ordakı bolşevik təfəkkürlü insanların ölkəni saldığı bəlalı vəziyyətdən çıxış yolu var. İlham Əliyev də vəziyyətdən necə çıxmaq barədə düşünür. Ancaq o, böhrandan şərəflə çıxmaq barəsində yox, özünün bu durumdan necə salamat çıxa bilməsi haqqında düşünür və çıxış yolu tapa bilmir". Bu fikirləri Müsavat Partiyasının respublika müşavirəsindəki çıxışında partiyanın sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər səsləndirib. Onun sözlərinə görə, Mərkəz düz bir il əvvəl "Böhrandan imkana" adlı yol xəritəsi hazırlayıb və cəmiyyətə təqdim edib. İsa Qəmbərin bu çıxışı siyasi partiyalar tərəfindən birmənalı qarşılanmayıb. Bununla bağlı "OLAYLAR".a açıqlama verən BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı bildirib ki, İsa Qəmbərin belə bir çıxış etməsi təəccüblə qarşılanır: " İsa Qəmbər deyir ki, İlham Əliyev indiki vəziyyətdən çıxmaq üçün düşünür və keçən ildən müxalifət olaraq "Böhrandan imkana" adlı yol xəritəsi hazırlayıb cəmiyyətə təqdim ediblər...Burada deyiblər , "Börandan çıxmağı" bilirsənsə, niyə Müsavat partyasını böhrandan çıxara bilmədin?! Partiya faktiki 3-4 yerə bölünüb, AXCP-nin 2000-ci il vəziyyətinə düşüb. Müsavatı 1992-ci ildə birgə quran- Vurğun Əyyub, Sülhəddin Əkbər, Hikmət Hacızadə, Rauf Arifoğlu, İbrahim İbrahimli və onlarla adını çəkmədiyim şəxsləri partiyada saxlaya bilmədin. Hətta son vaxtlar partiyadan gələnlər - Qubad İbadoğlu, Tural Abbaslı və başqaları da partiyanı tərk edib , özlərinə partiya yaratdılar. Bütün bunlar hər kəsin gözü qabağında baş verib. İndi, İsa Qəmbərin "Böhrandan çıxmaq" layihəsi kimə lazımdır?. İnanmıram ki, İsa Qəmbərin hazırladığı layihə cəmiyyətə xeyir versin".