Siyasəti unudan siyasilər

Son günlərin ən diqqət çəkən məqamlarından biri də siyasilər arasında tarixi mövzularda baş verən mübahisələr və bu mübahisələrin tədricən gərgin xarakter alaraq qarşılıqlı təhqirlərə keçməsidir. Ənənəvi olaraq bu cür xoşagəlməz hadisə yenə də müxalif siyasi partiyaların rəhbər şəxsləri arasında gedir. Məlumat üçün qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ilə Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa arasında müşahidə edilən bir mübahisəyə VİP sədri Əli Əliyev də qoşulub. Sonuncu bu günlərdə Fazil Mustafa barədə qələmə aldığı fikirlərində millət vəkilinin hələ radikal düşərgədə olarkən mvcud hakimiyyət, ümummilli lider Heydər Əliyev barədə işlətdiyi ifadələri də qabardaraq Fazil Mustafanın səmimiliyinə şübhə ilə yanaşdığını vurğulayıb. Təbii ki, keçmişin bu cür vərəqlənməsi millət vəkilini ciddi narahat etdiyi üçün o, da cavab haqqından istifadə edərək qarşı tərəfi bir sıra məsələlərdə qınayıb. Fazil Mustafa qeyd edib ki, yazıda Əli Əliyev tərəfindən xeyli mənəvi tövsiyyələr yer aldığına görə, , bəzi detallara qısa aydınlıq gətirmək məcburiyyətində qalıb: “Tarixə baxış mövzusuna toxunmayacağam, öz fikirlərimin doğruluğuna inandığıma görə, başqa fikirlərə qarşı da hansısa mənfi kompleks daşıyıcısı deyiləm və məsələyə sırf fikir plüralizmi nöqteyi-nəzərindən yanaşıram. Keçmişdə yazdığım bütün yazılarıma da sahib çıxıram və onlara da tənqidi yanaşmağı bacarıram.

Müxalif partiya rəhbərləri qarşılqlı tənqid və ittihamlarla gündəmdə qalmağa çalışırlar

Son günlərin ən diqqət çəkən məqamlarından biri də siyasilər arasında tarixi mövzularda baş verən mübahisələr və bu mübahisələrin tədricən gərgin xarakter alaraq qarşılıqlı təhqirlərə keçməsidir. Ənənəvi olaraq bu cür xoşagəlməz hadisə yenə də müxalif siyasi partiyaların rəhbər şəxsləri arasında gedir. Məlumat üçün qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ilə Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa arasında müşahidə edilən bir mübahisəyə VİP sədri Əli Əliyev də qoşulub. Sonuncu bu günlərdə Fazil Mustafa barədə qələmə aldığı fikirlərində millət vəkilinin hələ radikal düşərgədə olarkən mvcud hakimiyyət, ümummilli lider Heydər Əliyev barədə işlətdiyi ifadələri də qabardaraq Fazil Mustafanın səmimiliyinə şübhə ilə yanaşdığını vurğulayıb. Təbii ki, keçmişin bu cür vərəqlənməsi millət vəkilini ciddi narahat etdiyi üçün o, da cavab haqqından istifadə edərək qarşı tərəfi bir sıra məsələlərdə qınayıb. Fazil Mustafa qeyd edib ki, yazıda Əli Əliyev tərəfindən xeyli mənəvi tövsiyyələr yer aldığına görə, , bəzi detallara qısa aydınlıq gətirmək məcburiyyətində qalıb: "Tarixə baxış mövzusuna toxunmayacağam, öz fikirlərimin doğruluğuna inandığıma görə, başqa fikirlərə qarşı da hansısa mənfi kompleks daşıyıcısı deyiləm və məsələyə sırf fikir plüralizmi nöqteyi-nəzərindən yanaşıram. Keçmişdə yazdığım bütün yazılarıma da sahib çıxıram və onlara da tənqidi yanaşmağı bacarıram. Həqiqətən də siyasətin elə bir radikal cinahında yer almışıq ki, iqtidar tərəfi bizə, biz də onlara qarşı barışmaz bir düşmən kimi baxmışıq. İstər mərhum Heydər Əliyev, istər də İlham Əliyev haqqında, eləcə də müxalifətdə siyasi baxışlarımız üst-üstə düşməyən şəxslərə qarşı ən sərt və hətta təhqirə varacaq üslubda mübarizə aparmışıq, məqalələr yazmışıq, cavablar vermişik. Bütün bunlara görə də ən acımasız formalarda iqtidar tərəfindən təqib olunmuşuq, hətta qanuna zidd olaraq düşmənlə ön xəttə ikinci dəfə əsgərliyə göndərilmişik. Bu zaman biz başqaları kimi arxa bağçada bir işlər çevirib, üzdə fərqli görüntü verməmişik, səmimi şəkildə öz radikal müxalifət cinahımızın maraqlarını öz anladığımız formada müdafiə etməyə, iiqtidarı isə ifşa etməyə çalışmışıq. Həm də bu yazıların hamısı kitablarımda çap olunub və şəxsən özüm tərəfindən iqtidarın ən üst mərtəbəsində olan insanlara da təqdim edilib. Yəni bu yazılar barədə məlumatı olmayan çox az adam tapılar". Partiya sədri vurğulayıb ki, artıq 2004-cü ildən başlayaraq isə iqtidar-müxalifət düşmənçiliyi kursundan imtina etməyə qərar verib və anlayıb ki, ancaq sağlam konstruktiv müxalifətçilik anlayışı ilə həm dövlətə, həm də millətə daha çox fayda dəyə bilər: "Yeni yaratdığımız partiyanın da kursunu bu istiqamətdə müəyyənləşdirmiş olduq. Bu günə qədər də iqtidarla düşmənçilik mövqeyində olmadan hadisələrə və proseslərə öz tənqidi baxışlarımızı ortaya qoymağa çalışırıq. Bunu həm media, həm də parlament tribunası vasitəsi ilə edirik. Əlbəttə, siyasi mövqeyimiz kimlərisə qane etməyə bilər, ancaq biz siyasətimizi Azərbaycan əhalisinin realist və sağlam

düşüncəli insanlarının tələblərinə uyğun formalaşdırmağa üstünlük veririk və əminəm ki, kifayət qədər də vətəndaşımız tərəfindən də dəstək görürük. Bunları ona görə qeyd etdim ki, həm milli, həm də şəxsi mənada keçmişimizdə də, bu günümüzdə də rahatsız olacağımız, utanacağımız heç bir məqam yoxdur. Keçmişdə yazdıqlarımızın altında da bu gün imzamız durur və bunların illərdir guya əleyhimizə kompramat kimi istifadə olunmasını da həqiqətən gülüşlə qarşılayıram. İllərdir şəxsimizə qarşı böhtan və qaralama kampaniyasını xaricdə yaşayan bir qrup "cəbhəçi" dəstəsi daha geniş şəkildə edir, bunun da bir yenilik olmadığı və səbəbləri hər kəsə bəllidir. Ancaq məhz sizin də bu yazınızla dəstəklədiyiniz bu prosesin müavininiz tərəfindən şəxsimə yönəlik böhtan və qaralamalarla davam etdirilməsi bir daha düşüncələrimizdə yanılmadığımızı göstərir. Bununla belə, hələ də ümid etmək istərdim ki, müavininizin irançı tezislərin ölkəmizdə təbliğatı ilə məşğul olması partiyanızın siyasəti ilə əlaqəli deyil". Fazil Mustafa VİP sədrinə cavab olaraq qeyd edib ki, biz həm həyatda, həm də siyasətdə düz oyunçuyuq: "Bu ifadəni əslində cəmiyyətimizin reallığından çıxış edərək söyləməyi zəruri hesab etmişəm. Çünki, dünyada "düz siyasətçi" ifadəsi nadir hallarda işlənilir, "siyasətin oyun qaydaları" deyilən ifadə daha populyardır. Burada da oyun qaydalarına doğru-dürüst əməl etməkdən sohbət gedir. Bu baxımdan da "saxta parlament" dediyiniz bir qanunverici orqana baxışınızda da siyasətin oyun qaydalarına dürüst yanaşmadığınızı konkret misallarla xatırlatmağı hələlik uyğun görmürəm. Sizə də bu mövzuda mənəvi bir statusla başqalarına iradlar bildirməyi məsləhət görməzdim. Hamamın yanında yaşamaq təmiz olmaq mənasına gəlmir. Çünki hələlik mövzumuz sizin müavininizlə bağlıdır, onun başqa ölkədən yönləndirilən kampaniyanın içində yer alması ilə bağlıdır".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31