Siyasət

Ərdoğanın kürəkəni Azərbaycana gələcək

25 Yanvar 2017 18:30

Türkiyənin energetika və təbii resurslar naziri Berat Albayrak Azərbaycana işgüzar səfər edəcək.

Sumqayıt Kimya Sənaye Parkının ərazisi genişləndiriləcək

25 Yanvar 2017 18:28

Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi haqqında sərəncam imzalayıb.

Ermənistan portallarında Dağlıq Qarabağla bağlı saxtalaşdırılmış faktların yayılmasının qarşısı alınmalıdır

25 Yanvar 2017 17:41

Avropa Şurası Parlament Assambleyasının qış sessiyasının üçüncü günündə plenar iclasda “Onlayn media və jurnalistika: çağırışlar və hesabat, kiberdiskriminasiya və onlayn nifrətə son qoyulması” mövzusunda hesabat dinlənilib və müzakirələr aparılıb. “OLAYLAR”-ın yap.org.az  saytına istonadən verdiyi xəbərə görə, AŞPA-nın sosial işlər, sağlamlıq və davamlı inkişaf komitəsinin uşaqlar üzrə baş məruzəçisi Sevinc Fətəliyeva müzakirələrə qoşulub və bildirib ki, bu gün qlobal miqyasda onlayn mediadan müəyyən ideyaların təbliği üçün manipulyasiya üsulu kimi istifadə olunur: “Təəssüf ki, saxta faktlar ictimai fikrin formalaşmasına və virtual mif yaradılmasına yönəlib. Xüsusilə münaqişə zonaları haqqında düzgün informasiya yaymaq böyük məsuliyyətdir. Təəssüflər olsun ki, bəzi veb saytlar bunu düzgün dərk etmir.

Prezidentin sərəncamı böyük ruh yüksəkliyinə səbəb olub

25 Yanvar 2017 17:14

Prezident İlham Əliyevin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncamı Cəbrayıl camaatının böyük ruh yüksəkliyinə səbəb olub.

"Cocuq Mərcanlı kəndinin bərpası Ali Baş Komandanımızın vədinə sadiqliyinin təsdiqidir"

25 Yanvar 2017 16:45

"Ötən gün Azərbaycan Prezidentinin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında imzaladığı sərəncam ölkə ictimaiyyəti tərəfindən rəğbətlə qarşılandı. Sərəncamda qeyd edilir ki, ötən ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması mümkün olub. Bununla da, tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş həmin ərazilərdə əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yaranıb".

“İlham Əliyev bizi bu dərddən qurtardı” - Cocuq Mərcanlılardan Prezidentə BÖYÜK TƏŞƏKKÜR

25 Yanvar 2017 16:39

Bu sözləri prezidentin sərəncamına əsasən torpaqları abadlaşdırılacaq Cocuq Mərcanlı kənd sakinləri danışarkən deyib. Sevindirici haldır ki, artıq bu arzu illərdir deyildiyi kimi sadəcə sözdə qalmayacaq. Çünki ötən gün prezidentin “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. Birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi nəzərdə tutulub. 1400-ə qədər sakini olan kəndin 400-dən çox ailəsinin ora köçürülməsi mərhələli şəkildə aparılacaq. Lakin bu gün respublikanın 22-dən çox rayon və şəhərində məskunlaşan hər bir Cocuq Mərcanlı sakini geri qayıtmaq arzusundadır.

"Bu gün Cocuq Mərcanlıya qayıdırıqsa, deməli, sabah Şuşaya, Xankəndiyə qayıdacağıq" 

25 Yanvar 2017 16:17

Prezident İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Sərəncamı Azərbaycan ictimaiyyətində, xüsusilə məcburi köçkünlərimizdə böyük ruh yüksəkliyinə səbəb olub.

"FETÖ-nün Azərbaycanda beli qırıldı" - Səfir

25 Yanvar 2017 15:56

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ölkəmizdə FETÖ-ya qarşı aparılan mübarizədən danışıb.

Ermənilərin Avropa Şurasında növbəti məğlubiyyəti

25 Yanvar 2017 15:52

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının ikinci iş günündə ciddi müzakirələr doğuran məsələ ukraynalı deputat, mədəniyyət, elm, təhsil və media komitəsinin sədri Volodimir Arievin hazırladığı “Avropada jurnalistlər əleyhinə hücumlar və mətbuat azadlığı” adlı məruzə olub.

Deputat: "Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı sərəncam tarixi-siyasi əhəmiyyətə malikdir”

25 Yanvar 2017 15:45

AMEA-nın vitse-prezidenti, akademik, millət vəkili İsa Həbibbəyli  deyib ki, Azərbaycan prezidenti İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncamı çox böyük siyasi əhəmiyyətə malikdir: “Azərbaycan təcavüzə məruz qalandan sonra ilk dəfə bir yaşayış məntəqəsi, bir kəndin tam bərpası istiqamətində addım atılır, dövlət sərəncamı imzalanır. Bu, bizim müstəqillik tariximizin əhəmiyyətli hadisələrindən biridir. Azərbaycan prezidentinin imzaladığı sərəncam Azərbaycanın işğal olunmuş ərazilərinin geri qaytarmağa böyük ümid yaradır. Eyni zamanda, işğaldan azad olunmuş kəndin bərpası aprel döyüşləri zamanı qəhrəmanlıq göstərmiş Azərbaycan əsgərinin özünə inamını və ruh yüksəkliyini gücləndirir. Bu, həm də möhtərəm prezidentin rəhbərliyi ilə Azərbaycanın apardığı siyasətini gücünü və reallıqları əks etdirir. Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncam tarixi-siyasi əhəmiyyətə malikdir və böyük qələbənin başlanğıcıdır”.

İqor Bratçikov: "Xəzərin statusu ilə bağlı konvensiya layihəsi qəbul olunmağa çox yaxındır"

25 Yanvar 2017 15:42

“Biz Astanada keçiriləcək Xəzəryanı ölkələrin növbəti sammitində konvensiya layihəsinin imzalanması istiqamətində iş aparırıq”.

Cocuq Mərcanlının bərpası “Böyük Qayıdış”ın ilk müjdəsidir

25 Yanvar 2017 15:34

Prezident İlham Əliyev işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncamı ölkə ictimaiyyəti tərəfindən ruh yüksəkliyi ilə qarşılanıb. Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatları nəticəsində erməni işğalından azad edilmiş rayonların bərpası Azərbaycan cəmiyyətində birmənalı qarşılanır.

Məcburi köçkünlər üçün ikiqat sürpriz

25 Yanvar 2017 15:29

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu günlərdə əhalinin, xüsusilə məcburi köçkünlırin sosial problemlərinin həlli, onların rifah halının yaxşılaşdırılması istiqamətində  imzalamış olduğu fərman və sərəncamlar dövlət başçısının bu sahəyə nə qədər həssas yanaşdığını bir daha təsdiqləmiş oldu. Bir neçə gün əvvəl Prezidentin məcburi köçkünlərə verilən aylıq müavinətin müəyyən edilməsi haqqında fərmanı bu təbəqədən olan insanlar da nə qədər sevinc hissi yaratmışdısa, yanvarın 24-də dövlət başçısı tərəfindən imzalanmış işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Sərəncamı da məcburi köçkünlərdə bir o qədər ruh yüksəkliyinə səbəb oldu.

Bu dövlətin sosial layihələrinin davamıdır

25 Yanvar 2017 15:21

Azərbaycan sosial dövlət olduğundan onun daxili siyasət kursunun mühüm istiqamətlərindən birini də sosial siyasət təşkil edir. Ümumiyyətlə, dövlət başçısının həyata keçirdiyi sosial siyasətin əsasında hər bir vətəndaşın layiqli həyat şəraitinin təmin edilməsi prinsipi dayanır.