Məcburi köçkünlər üçün ikiqat sürpriz
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu günlərdə əhalinin, xüsusilə məcburi köçkünlırin sosial problemlərinin həlli, onların rifah halının yaxşılaşdırılması istiqamətində imzalamış olduğu fərman və sərəncamlar dövlət başçısının bu sahəyə nə qədər həssas yanaşdığını bir daha təsdiqləmiş oldu. Bir neçə gün əvvəl Prezidentin məcburi köçkünlərə verilən aylıq müavinətin müəyyən edilməsi haqqında fərmanı bu təbəqədən olan insanlar da nə qədər sevinc hissi yaratmışdısa, yanvarın 24-də dövlət başçısı tərəfindən imzalanmış işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Sərəncamı da məcburi köçkünlərdə bir o qədər ruh yüksəkliyinə səbəb oldu.
25 Yanvar 2017 15:29 SiyasətƏli Qənbərli: "İşğaldan azad edilmiş ərazilərdə yaşayış komplekslərinin salınması isə beynəlxalq hüququn Azərbaycana verdiyi haqqdır"
"Ölkə prezidentinin məcburi köçkünlərin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində atdığı çoxsaylı addımlar təqdirəlayiqdir"
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu günlərdə əhalinin, xüsusilə məcburi köçkünlırin sosial problemlərinin həlli, onların rifah halının yaxşılaşdırılması istiqamətində imzalamış olduğu fərman və sərəncamlar dövlət başçısının bu sahəyə nə qədər həssas yanaşdığını bir daha təsdiqləmiş oldu. Bir neçə gün əvvəl Prezidentin məcburi köçkünlərə verilən aylıq müavinətin müəyyən edilməsi haqqında fərmanı bu təbəqədən olan insanlar da nə qədər sevinc hissi yaratmışdısa, yanvarın 24-də dövlət başçısı tərəfindən imzalanmış işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Sərəncamı da məcburi köçkünlərdə bir o qədər ruh yüksəkliyinə səbəb oldu. Bir həftə ərzində ikiqat xoş sürprizlə qarşılaşan məcnuri köçkünlərdə həmçinin tezliklə öz dədə-baba torpaqlarına qayıtmaq ümidi də birə-beş artdı. Düzdür, məcburi köçkünlər bu günün uzaqda olmadığının fərqində idilər. Çünki Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev hər zaman işğal altında olan torpaqlarımızın azad ediləcəyi və məcburi köçkünlərin öz yurd-yuvalarına qayıdacağını qətiyyətlə bəyan edirdi. Ötən gün dövlət başçısının imzaladığı işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Sərəncamı isə bunun əməldə təsdiqi demək idi. Sərəncamda qeyd olunurdu ki, ötən ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması mümkün olub. Bununla da, tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş həmin ərazilərdə əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yaradıb. Bütün bunları nəzərə alaraq dövlət başçısı qərara alıb ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4,0 (dörd) milyon manat ayrılsın. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
Azərbaycan Prezidentinin məlum sərəncamını şərh edən ekspertlər də hesab edirlər ki, dövlət başçısının imzalamış olduğu sərəncam işğal altında olan ərazilərimizin geri qaytarılması gününün heç də uzaqda olmadığı deməkdir. Yəni, bu sərəncam məcburi köçkünlərə "yurd-yuvalarınıza qayıdırsınız " mesajıdır. Bu həm də dövlət başçısının nümayiş etdirdiyi qətiyyət, iradədir. Eyni zamanda məlum sərəncam Azərbaycan xalqında, məcburi köçkünlərdə ruh yüksəkliyinə səbəb olacaq mühümn sənəd kimi də dəyərləndirilir.
Politoloq Əli Qənbərli dövlət başçısının başçısının imzaladığı işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Sərəncamına münasibət bildirərkən qeyd edib ki, sözügedən sənəd işğal altında olan ərazilərimizin tezliklə geri qaytarılacağına olan ümidləri artırır: "Əslində heç bir ölkə istəməz ki, onun məcburi köçkün vəziyyətinə yaşayan vətəndaşı olsun. Bu arzuolunmaz haldır. Lakin, reallıq bundan ibarətdir ki, bu gün işğalçı Ermənistanın və ona havadarlıq edən bir sıra dövlətlərin səyləri nəticəsində hələ də məcburi köçkün halında yaşayan soydaşlarımız vardır. Lakin, Azərbaycan Prezidenti heç vaxt bu halla barışmayacağımızı dəfələrlə bəyan etmişdir. Ölkə prezidentinin məcburi köçkünlərin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində atdığı çoxsaylı addımlar təqdirəlayiqdir". Əli Qənbərli bərpa prosesinə beynəlxalq humanitar təşkilatların dəstək verə biləcəyi mümkünlüyünə də toxunarkən qeyd edib ki, əslində, Azərbaycan dövlətinin bu gün kifayət qədər vəsaiti var ki, öz ərazilərində quruculuq işlərini özü aparsın: "Bizim beynəlxalq təşkilatlardan bir istəyimiz var ki, Qarabağ probleminin həllində konkret mövqe ortaya qoyub real nəticəyə nail olsunlar. İlk istəyimiz bundan ibarətdir. Digər məsələlərə isə bu problem həll edildikdən sonra baxıla bilər. Ancaq onu da etiraf etmək lazımdır ki, Dağlıq Qarabağ probleminin nə vaxt həll ediləcəyinə heç kim zəmanət verə bilməz. Reallıqlara baxıb qənaətə gəlmək istədikdə görürük ki, bu məsələdə üstünlük böyük faiz fərqi ilə Azərbaycanın tərəfinədir. Amma digər bir reallıq da var ki, 20 ildən artıq bir müddətdir ki, münaqişə həllini tapmayıb. Belə olan təqdirdə sual yaranır; Əgər, hərbi, siyasi üstünlük Azərbaycanın tərəfindədirsə, bəs niyə hələ də torpaqlar işğal altındadır?! Cavab bəsitdir. Ermənistanı himayə edən tərəf açıq formada işğalçını dəstəkləyir. Bu da öz-özlüyündə problemin həllini yubadır. İşğaldan azad edilmiş ərazilərdə yaşayış komplekslərinin salınması isə beynəlxalq hüququn Azərbaycana verdiyi haqqdır.Bu torpaqlar Azərbaycan torpaqlarıdır. Bütün dünya birliyi bu əraziləri Azərbaycan əraziləri kimi tanıyıb". Politoloqun sözlərinə görə. biz bu addımı atanda düşünməməliyik ki, burda nəsə qursaq, yaratsaq Ermənistanda qıcıq yaranacaq: "Əgər, yaranacaqsa qoy yaransın. Azərbaycan heç bir dövlətin ərazisini işğal etməyib. Öz torpaqlarında isə istənilən fəaliyyətlə məşğul olmaq Azərbaycanın haqqıdır. Əlbəttə, bu addım Ermənistana böyük zərbədir ki, Azərbaycanın iqtisadi və hərbi qüdrəti günü-gündən artır. Erməni tərəfi əslində hər zaman təxribata əl atır. Azərbaycan ordusunun layiqli cavabı nəticəsində bu təxribatların qarşısı alınır. Bundan sonra da Azərbaycan Ordusu erməni təxribatının qarşısını qətiyyətlə alacaq".
Füzuli