Ərdoğanın kürəkəni Azərbaycana gələcək
Türkiyənin energetika və təbii resurslar naziri Berat Albayrak Azərbaycana işgüzar səfər edəcək.
25 Yanvar 2017 18:30 SiyasətTürkiyənin energetika və təbii resurslar naziri Berat Albayrak Azərbaycana işgüzar səfər edəcək. Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.
B.Albayrakın fevralın 23-də Bakıda keçiriləcək "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının 3-cü iclasında iştirak edəcəyi gözlənilir.
Səfirin sözlərinə görə, fevralda Türkiyənin ərzaq, kənd təsərrüfatı və heyvandarlıq naziri Faruk Çelikin də səfəri planlaşdırılır. Eləcə də 2017-ci ildə azərbaycanlı nazirlərin Türkiyəyə səfəri gözlənilir.
E.Özoral bildirib ki, həmçinin Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının altıncı iclasına hazırlıq gedir. Berat Albayrak prezident Rəcəb Tayyib Ərdoğanın kürəkənidir. Trend.az