"FETÖ-nün Azərbaycanda beli qırıldı" - Səfir

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ölkəmizdə FETÖ-ya qarşı aparılan mübarizədən danışıb.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ölkəmizdə FETÖ-ya qarşı aparılan mübarizədən danışıb. Səfir Anadolu Agentliyinə müsahibəsində Azərbaycanın bu terror qruplaşmasına qarşı mübarizəsini belə dəyərləndirib:

"Azərbaycan FETÖ ilə mübarizəyə 15 iyuldan əvvəl başlamışdı. FETÖ həqiqətlərini Türkiyədə baş verən proseslərə paralel olaraq yaxından təqib edirdi. Lazımi tədbirləri 15 iyuldan əvvəl almışdı. FETÖ-nün məktəbləri bağlanmış, mətbuat orqanları ilə bağlı isə bəzi addımlar atılmışdı.

Azərbaycanda ağır zərbəyə məruz qalan FETÖ-nün belə qırıldı. Lakin unutmayaq ki, bu, uzun müddətli mübarizədir. Qardaşlarımız bunlarla daim qərarlı şəkildə mübarizə aparmaq məcburiyyətindədirlər. Bu təşkilat yayıldığı hər ölkədə təkrar canlanıb ortaya çıxmaq üçün fürsət axtaran şeytani təşkilatdır". Qafqazinfo.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31