Siyasət

“Azərbaycanda tənqid etmək problemi yoxdur”

23 Yanvar 2019 13:14

“Avropa Parlamenti üzvləri səs verməzdən əvvəl faktları yoxlamalıdır!” Millət vəkili, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev Avropanın EURACTİV.com xəbər portalına müsahibə verib. Jurnalist Georqi Gotyevin aldığı müsahibənin tərcüməsini oxucuların diqqətinə çatdırırıq.

Paşinyana tanınan limiti uzatmaq olmaz

23 Yanvar 2019 12:21

“Azərbaycan prezidenti İlham Əliyev Davosda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək. Bu onların ikinci görüşü olacaq”.

"Azərbaycan özündən şimalda və cənubda yerləşən ölkələrə “Bir kəmər, bir yol” layihəsinə qoşulmaq üçün imkanlar yaradır"

23 Yanvar 2019 11:07

Azərbaycan özündən şimalda və cənubda yerləşən ölkələrə “Bir kəmər, bir yol” layihəsinə qoşulmaq üçün imkanlar yaradır. Bunu Prezident İlham Əliyev yanvarın 22-də Davosda Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Bir kəmər, bir yol” təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı” mövzusunda sessiyada aparıcının sualını cavablandırarkən deyib.

MM-in insan hüquqları komitəsinin iclası keçirilib

22 Yanvar 2019 18:25

Yanvarın 22-də Milli Məclisin insan hüquqları komitəsinin iclası keçirilib.“Olaylar” xəbər verir ki, Milli Məclis sədrinin müavini, insan hüquqları komitəsinin sədri Bahar Muradova əvvəlcə 2018-ci il payız sessiyasının yekunlarından danışıb. Bildirib ki, hesabat dövründə komitənin 6 iclası keçirilib, 7 məsələ və o cümlədən 3 qanun layihəsi müzakirə olunub. Müzakirəyə çıxarılan hər bir qanun layihəsi Milli Məclisdə qəbul olunub. Deputatlar komitənin payız sessiyasına dair hesabatını məqbul sayıblar. İclasda, həmçinin 2019-cu ilin yaz sessiyası üçün komitənin iş planı müzakirə olunub. Müzakirələrdə çıxış edən komitə üzvləri 2019-cu ilin yaz sessiyasında baxılması nəzərdə tutulan məsələlər barədə fikirlərini bildirib, bir sıra təkliflər səsləndiriblər. Sonra komitənin iş planı təsdiqlənib.

Əli Abdalov Mehman Hüseynovla barışıb - VİDEO

22 Yanvar 2019 18:23

Penitensiar Xidmətin 14 saylı cəzaçəkmə müəssisəsinin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Əli Abdalov həbsdə olan bloqqer Mehman Hüseynovla barışıb. Bununla bağlı videoda Ə.Abdalov və M.Hüseynov arasında səmimi söhbət aparıldığı görünür.