Milli Məclisin plenar iclasının vaxtı dəyişdirildi

Milli Məclisin payız sessiyasının növbəti plenar iclasının vaxtı dəyişdirilib. "Olaylar" xəbər verir ki, iclas əvvəlcədən elan olunduğu kimi fevralın 22-də deyil, 19-da keçiriləcək. Qeyd edək ki, fevral ayında parlamentin iki iclasının keçirilməsi planlaşdırılmışdı. Payız sessiyasının ilk plenar iclası isə fevralın 1-də keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31